Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

9 sahibkarlıq subyektinə 16 000 manat cərimə tətbiq edilib

Baxılıb: 546     Tarix: 09-07-2019 12:29   

Qida Təhlükəsizliyi Agentliyi dərman vasitəsi olduğu aşkarlanmış 50 adda, həmçinin təhlükəsizlik tələblərinə cavab verməyən 15 adda məhsulun idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edib.
Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli qurumun fəaliyyətinin ildönümünə həsr olunan tədbirdə deyib.
Onun sözlərinə görə, bioloji fəallığa malik qida əlavələrinə nəzarət məqsədilə vahid məlumat reyestrindən çıxarış almaqla 22 təsərrüfat subyektində yoxlamalar aparılıb. Yoxlamalar nəticəsində 9 sahibkarlıq subyektinə 16 000 manat cərimə tətbiq edilib, 14 inzibati xəta haqqında protokol tərtib olunub və 21 adda məhsul dövriyyədən çıxarılıb.
Q.Təhməzli əlavə edib ki, “bioloji fəallığa malik qida əlavəsi” adı altında idxalı nəzərdə tutulan, lakin Səhiyyə Nazirliyinin rəyi əsasında dərman vasitəsi olduğu aşkarlanmış 50 adda, həmçinin təhlükəsizlik tələblərinə cavab verməyən 15 adda məhsulun idxalı, istehsalı və dövriyyəsinin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar