Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Maliyyə Nazirliyində Fransanın İqtisadiyyat və maliyyə naziri ilə görüş keçirilib – FOTO

Baxılıb: 659     Tarix: 29-07-2019 14:25   

İyulun 29-da Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov ölkəmizdə səfərdə olan Fransa Respublikasının İqtisadiyyat və maliyyə naziri Bruno Lö Merinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qanunvehedef.az nazirliyin mətbuat xidmətinə istinadla xəbər verir ki, qonaqları salamlayan S.Şərifov cənab Bruno Lö Merinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də qəbul edildiyini və səfərin çox məhsuldar olduğunu ikitərəfli münasibətlərin daha da inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
Nazir ölkəmizin Fransa ilə münasibətlərə hər zaman böyük önəm verdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci ilin iyul ayında və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın 2019-cu ilin mart ayında Fransaya rəsmi səfərlərinin nəticəsi olaraq iki ölkə arasında əlaqələrin inkişafına əlavə təkan verildiyini və bu səfərlərdən sonra iqtisadi əməkdaşlıq sahəsinə böyük işlər görüldüyünü, bir sıra layihələr üzrə sazişlərin imzalandığını, həmçinin yeni müqavilələr üzrə işlərin artıq yekunlaşdığını bildirib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar