Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Hər kəs BU TARİXİ gözləyir...

Baxılıb: 592     Tarix: 30-07-2019 10:42   

İlin sonuna kimi dolların 2 manat olacağına dair məlumatlar var.
Hazırda manat sabitliyini qoruyub saxlasa da, bəzi ekspertlər bu vəziyyətin davamlı olmayacağını bildirir.
Maraqlıdır ki, bu il ərzində dolların 2 manat olacağı mümkündürmü? Dollara nisbətən manatın məzənnəsi qalxarsa, ölkə iqtisadiyyatına hansı təsirləri gözləniləndir?
Qanunvehedef.az xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov Redaktor.az-a açıqlamasında bildirib ki, dolların 2 manat civarında olması Mərkəzi Bankın verəcəyi qərardan asılıdır:
"Azərbaycanda valyutanın məzənnəsini Mərkəzi Bank müəyyənləşdirir. Ölkə iqtisadiyyatında tam üzən məzənnə rejimi yoxdur. Ona görə də Mərkəzi Bank istənilən məzənnəni formalaşdıra bilər. Əslində Azərbaycanın çox yaxşı göstəricilərə malik xarici ticarət saldosu var. Yəni, ölkəyə daxil olan valyuta ölkədən çıxan valyutadan xeyli dərəcədə çoxdur. Eyni zamanda bütövlükdə tədiyyə balansına görə ölkəyə valyuta axını yüksəkdir. Bu baxımdan istənilən məzənnənin formalaşdırılması real görünür".
İqtisadçı vurğulayıb ki, mövcud vəziyyətdə manatın məzənnəsinin dəyişiləcəyi ehtimalı çox aşağıdır:
"Hazırkı vəziyyətdə məzənnənin dəyişməsinə ciddi ehtiyac yoxdur. Lakin dəyişikliyin müsbət və mənfi effekti ola bilər. Əsas xarici ticarət tərəfdaşlarımız olan Gürcüstan, Rusiya və Türkiyədə milli valyutalar zəiflədi və belə olan halda yerli sahibkarlarımız üçün rəqabətə tab gətirmək çox mürəkkəbləşib. Bu baxımdan manatın məzənnəsinin dəyişməsinə ehtiyac ola bilər. Bununla yanaşı, manatın məzənnəsinin artması çox ciddi mənfi fəsadlara yol aça bilər. Çünki Azərbaycanda məzənnə kifayət qədər güclü şəkildə inflyasiya ilə bağlıdır. Ölkədə devalvasiya baş verərsə, inflyasiya qaçılmazdır. Bütün hallarda Mərkəzi Bankın devalvasiya gedəcəyi gözlənilmir və ilin sonuna kimi bugünkü məzənnə qorunub saxlanılacaq".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar