Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Neftlə bağlı nə baş verir?! – Təhlil

Baxılıb: 660     Tarix: 08-08-2019 14:07   
Keçən həftənin sonunda Hörmüz boğazında tanker müharibəsi daha da qızışdı. ABŞ təyyarələri İran hərbi gəmilərinin üzərindən uçdu, Yəməndə böyük gücə malik husilər Səudiyyənin 14 hərbi obyektinə hücum etdi, nəhayət, ABŞ-da neft buruqlarının sayı azaldı - bütün bunlar neftin kəskin bahalaşmasına səbəb olmalı idi.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, Trampın şənbə-bazar tvitləri ticarət və valyuta müharibələrinin qızışmasına, neft bazarında isə panikaya səbəb oldu. Bundan sonra qiymətlər 7 faiz düşdü, amma bu gün yenidən 2 faizdən çox qalxıb:
“Ötən həftə Tramp hərəkətə keçdi və Çinə 10 faiz əlavə gömrük rüsumu tətbiq edəcəyi ilə bağlı qərar verdi. Çin də qəsdən öz yuanını ucuzlaşdırdı ki, ixracatçıları az ziyan görsün. Bu zaman Tramp açıq şəkildə Çini valyuta manipulyasiyasında günahlandırdı və Pekinə qarşı daha kəskin addımlar ola biləcəyini bəyan etdi. Ardınca da ABŞ Enerji Agentliyi neft ehtiyatlarının artdığını, idxalın azaldığını, hasilatın isə yenidən günlük 12,3 milyon barelə qədər artdığını açıqladı”.
İqtisadçı Trampın artıq seçki kampaniyasına başladığını bildirib:
“ABŞ-da seçiciyə ən çox təsir edən amil benzin qiymətləridir - amerikalılar xarici siyasətə qarışmırlar. Obama rəhbərliyi dövründə 1 qallon benzin 2 dollara idi. Tramp gələndən sonra qiymət 4 dollara yaxınlaşdı. İndi Trampın əsas arzusu 1 qallon benzini 2-2,5 dollara salmaqdır. Bunun üçün isə Şimali Amerika sort neft 40-45 dollar olmalıdır. Bu gün həmin növ neft hələ 52 dollardır, əgər 1 ay belə qalsa, benzinin qallonu 3 dollardan aşağı düşəcək.
Qısası, bu gün dünyada neft qiymətlərinə ciddi və əsaslı, həm də qalıcı təsir edə bilən yeganə ölkə ABŞ-dır. Vaşinqtonda seçkilərin 2020-nin payızında olacağını nəzərə alsaq, hələ 1 ildən çox neft qiymətləri ciddi basqı altında olacaq”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar