Azərbaycanda bu şəxslərin maaşı artırıldı
Baxılıb: 678 Tarix: 11-08-2019 16:26
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları artırılıb.
Publika.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" qərarda dəyişiklik edib.
Beləliklə, AMEA prezidentinin maaşı 1837 manatdan 2570 manata, AMEA-nın 1-ci vitse-prezidentinin maaşı 1276 manatdan 1780 manata, AMEA-nın vitse-prezidenti, akademik katibinin maaşı 1177 manatdan 1645 manata, AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın Gəncə bölməsinin akademik – katibinin maaşı 880 manatdan 1230 manata, idarə rəisinin maaşı 853 manatdan 1190 manata, AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavininin maaşı 825 manatdan 1150 manata, idarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisinin maaşı 704 manatdan 980 manata, qeyri-əsas şöbənin rəisinin maaşı 517 manatdan 715 manata, qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisinin maaşı 484 manatdan 675 manata, baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdirinin maaşı 451 manatdan 630 manata, aparıcı mütəxəssisin maaşı 407 manatdan 570 manata, mütəxəssisin maaşı 374 manatdan 520 manata, arxiv müdiri, təsərrüfat müdirinin maaşı 275 manatdan 385 manata, avtomobil sürücüsünün maaşı 210 manatdan 320 manata, böyük arxivçi, böyük inspektorun maaşı 210 manatdan 310 manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar, kadrlar üzrə inspektorun maaşı 195 manatdan 295 manata, texnik, komendant, laborantın maaşı 185 manatdan 270 manata, bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşı 180 manatdan 260 manata qaldırılıb.
Beləliklə, AMEA işçilərinin maaşları 28.5 - 30,8 faiz aralığında artırılıb.
Bu qərar 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir
Ən çox oxunanlar
Son xəbərlər