8,3 milyon manatlıq tikinti tenderini bu şirkətlər qazandı – SİYAHI
Baxılıb: 512 Tarix: 15-08-2019 11:18
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində binaların tikintisi və texniki infrastrukturun yaradılması üzrə 4 böyük tenderə yekun vurub. Fed.az xəbər verir ki, tenderi 4 şirkət qazanıb. Bunlar aşağıdakılardır:
1. “TUNEL-METRO İNŞAAT” MMC – Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 1 ədəd 5 mərtəbəli 50 mənzilli yaşayış binasının tikintisi – 2 milyon 931 min 104 manat.
2. «AZƏRSUTƏCHİZATTİKİNTİ» ASC – Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində xarici və məhəllədaxili texniki infrastrukturun tikintisi – 1 milyon 215 min 605 manat.
3. “TECHNOKRAT LİMİTED” MMC – Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 1 ədəd 5 mərtəbəli 40 mənzilli yaşayış binasının tikintisi – 1 milyon 889 min 177 manat.
4. “QARA ÇAY” ŞİRKƏTİ – Göygöl şəhəri ərazisində 130 məcburi köçkün ailəsi üçün zəruri texniki infrastrukturu olan yeni yaşayış məhəlləsində 1 ədəd 5 mərtəbəli 40 mənzilli yaşayış binasının tikintisi – 2 milyon 300 min 842 manat.
Sözügedən şirkətlərlə müvafiq müqavilələr artıq imzalanıb.
Ən çox oxunanlar
Son xəbərlər