Xəbər lenti
Arxiv
«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

“Nar” bu onlayn şahmat seriyasına dəstək oldu

Baxılıb: 274     Tarix: 10-02-2021 14:56   

Gənclərin intellektual inkişafına hər zaman xüsusi önəm verən “Nar” chess.az saytının "Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub. Seriya 8 turnirdən və böyük finaldan ibarətdir. Turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyır.
Qanunvehedef.az xəbər verir ki, martın 14-də baş tutacaq böyük finalda 8 turnirin nəticələrinə görə, 10 ən güclü şahmatçı mübarizə aparacaq. Qalib gələcək şahmatçılar “Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Seriya lichess.org şahmat platforması üzərindən keçirilir. Qeyd edək ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə karantin rejiminin davam etməsi səbəbindən şahmat yarışları onlayn keçirilir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 90%-ni əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar