Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Natella Səfərova -Ailələrə sevinc bəxş edən ali dərəcəli mama-ginekoloq

Baxılıb: 2 137     Tarix: 22-05-2020 07:28   

Tam səmimiyyətlə deyə bilərəm ki, German Hospitalda insanlara göstərilən yüksək səviyyəli səhiyyə xidməti, ən müasir tibbi biliklərə yiyələnmiş savadlı həkimlərin peşəkarlığı,pasientlərlə xoş rəftar və diqqət haqlı olaraq klinika haqqında müsbət ictimai rəyin və cəmiyyətin yüksək münasibətinin formalaşmasını şərtləndirib. Burada yaradılan şərait heç də Avropanın ən qabaqcıl klinikasından geri qalmır. Qanunvehedef .az saytı olaraq, redaksiyamıza ünvanlanan məktublarada pasientlər German Hospitalın Ali dərəcəli mama-ginekoloqu, Tibb elmləri namizədi Natella Səfərovanın peşəkarlığından böyük razılıq ifadə edirlər. Həkim-ginekoloq adını ləyaqətlə daşıyan Natella Səfərova peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik olan əsil insandır. Həkim yalnız peşəsinə olan vurğunluğu, əzmkarlığı ilə deyil, özünü daim büruzə verən yüksək insani keyfiyyətləri ilə də pasientlərin daha çox rəğbət və hörmətini, sevgisini qazanır. Xəstələrinə olan diqqət və qayğısı, düzgün diaqnoz qoymaq bacarığı, səmərəli müalicə metodları, həm də gözütoxluğu, təmənnasızlığı onu xəstələrə çox sevdirir, mahir bir ginekoloq –kimi ona olan inam və ehtiramı daha da artırır. İşini çox sevir və öhdəsindən layiqincə gəlir. Redaksiyamıza daxil olan məktublar içərisində
Natella Səfərovaya edilən minnətdarlıqların sayı – hesabı yoxdur. Oxucularımıza onlardan bir neçəsini təqdim edirik.



Əzizimiz Natella xanım. Neçə-neçə insanlara xoşbəxtlik bəxş edən gözəl insan, savadlı həkimim. Ana olmağımın başlıca səbəbkarı məhz siz oldunuz. Yanınıza ilk dəfə gələndə çox ümidsiz idim. Birinci dəfə yanınızdan çıxanda içimdə çox böyük inam yaratdınız. Çox tez bir vaxt ərzində bu xoşbəxtliyi məhz siz yaşatdınız mənə. Allah sizi də həmişə sevindirsin mənim hözəl həkimim.

 Hörmətlə: Sizin sayənizdə ana olan Sevil xanım.

Nəsimi rayonunda yaşayan sakinlərlə görüş zamanı gənc bir qadın yaxınlaşaraq sizinlə ayrıca görüşmək istəyirəm dedi Sevda bacımız 15 ildir övladı olmadığını söylədi və bildirdi ki, imkansızlıqdan yaxşı müalicə ala bilmir. Bir ananın ən böyük arzusu övladı olmasıdır, övladsızlıqdan ailədə də bəzən rahatsızlıqlar olur deyib gözləri dolan Sevda bacımın gözləri neçə gün gözlərimin önündən getmədi və bunu gözəl həkim Natella Səfərovaya danışdım və o dəqiqə mən nə lazımdır kömək edərəm dedi. Natella xanım sizin kimi həm peşəkar həm də insani keyfiyyətləri yüksək olan həkimlərimizin sayı daha da çox olsun. Sevda xanım artıq hamilədir və inşallah körpəsini qolları arasına aldığı gün onunla bərabər məndə sevinəcəm.
Sizə ailəm və öz adımdan təşəkkür edirəm və möhkəm can sağlığı arzulayıram.

Hörmətlə: Arzu xanım

Bu gün Azərbaycan Tibb elminin inkişafı, həkimlərimizin yüksək səviyyəli müalicə üsulları biz vətəndaşları həddən ziyadə sevindirir. Ailəmizə körpə sevinci bəxş edən Natella Səfərovaya, German Hospitalın tibbi – personalına dərin təşəkkürümü bildirir, hər birinizə şəfalı əlləriniz var olsun deyirəmшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar