Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Zahid Oruc ad gününü belə qeyd etdi – FOTO

Baxılıb: 654     Tarix: 02-02-2020 18:10   

94 saylı seçki dairəsindən deputatlığa  namizəd Zahid Oruc ad günündə bir sıra maraqlı addımlar atıb.
 
 O,bildirib, Qarabağın, ölkənin həyatında, idarəetməsində, ictimai-siyasi həyatında   önəmli rol oynayan Bərdə gəncləri ilə görüş keçirib.
 
Gənclərlə görüş xüsusi maraq kəsb edib, onlar müxtəlif məsələlərlə bağlı fikir bildiriblər.
 
Ayrı-ayrı məsələlər qaldırıb ki, onların da sırasında iş yerlərinin açılması, aşağı faizli kreditlərin verilməsi, ötən illərdən banklardan miras qalan kredit problemi, kiçik biznesə yaradılan süni əngəllər, infrastruktur məsələləri, əsasən də telekommunikasiya sahəsindəki çatışmazlıqlar gündəmə gətirilib.
 
Bu görüşdən sonra Z. Oruc əlamətdar gündə dünyaya gələn üç körpəni ziyarət edib.
 
Onların valideynlərinə uğurlar arzılayıb, xeyir-dua verib.
 
Valideynlər də onların həyatı üçün əlamətdar bir gündə namizədin ziyarətindən məmnun olduqlarını bildirib, ona təşəkkür ediblər.
 
Növbəti görüşdə  isə O, Nazırlı kəndində, el ağsaqqalı, 8 övladı, 30 nəvəsi olan Ağası Göyüşovun ailəsini ziyarət edib.
 
A.Göyüşov SSRİ dövründə, uzun illər briqadir işləyib, çoxuşaqlı ailənin başçısı kimi onların ev-eşik qurmasına, böyük əksəriyyətinin ali təhsil almasına nail olub.
 
O, Zahid Oruca ad günündə onları ziyarət etdiyi üçün minnətdarlıq ifadə edib, ölkədəki seçki prosesi barədə danışıb və bildirib ki, Zahid Orucu uzun illərdir tanıyır, onun Bərdə üçün illərdir etdiyi xidməti unutmayıblar və seçkilərdə ona səs verəcəklərini bildirib.
 
Daha sonra bölgənin və ailənin problemləri müzakirə  edilib, onların həllinə dövlət qurumları qarşısında məsələ qaldırılaraq, həllinə elə onların da vasitəsilə nail olmağın arzu edildiyini bildiriblər.
 
Qeyd edək ki, deputatlığa namizədin görüşləri davam etdirilir.
 
Gənclərlə görüş də bu gün qeyd edilən 2 fevral gənclər gününün tərkib hissəsidir.шаблоны для dle 11.2