Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Hadı Rəcəblinin də dairəsində nəticələr ləğv edilir?

Baxılıb: 592     Tarix: 10-02-2020 13:12   

İlkin rəsmi nəticələrə görə, 74 saylı Lənkəran kənd seçki dairəsində liderlik edən Hadı Rəcəblinin nəticələri ləğv ediləcək.
Qanunvehedef.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, dairə ilə bağlı Mərkəzi Seçkilər Komissiyasına daxil olan müraciət və şikayətlər araşdırılır. Sözügedən dairə üzrə 39 məntəqə var. 35.434 seçicisi olan dairədə ilkin məlumata görə, Hadı Rəcəbli 54,8%-lə lider olub. Lakin dairə ilə bağlı gələn şikayət və müraciətlərin ciddi araşdırıldığı qeyd edilir.
Xatırladaq ki, 73 yaşlı deputat Hadı Rəcəbli 1990-cı ildən bəri Azərbaycan SSR Ali Sovetinin və Milli Məclisin bütün çağırışlarında deputat seçilib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar