Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Məzahir Pənahovun ümidi doğrulmadı

Baxılıb: 670     Tarix: 11-02-2020 14:13   
Milli Məclisə seçkilər yekunlaşmaq üzrədir. Artıq Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, 125 dairənin hər biri üzrə lider namizədlər də bəlli olub.
Qanunvehedef.az Report-a istinadən xəbər verir ki, VI çağırış Milli Məclisin tərkibi haqqında maraqlı məlumatları təqdim edir:
Milli Məclisə keçirilən seçkilərdə ilkin nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının (YAP) 74, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) 1, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) 1, Ana Vətən Partiyasının (AVP) 1, Böyük Quruluş Partiyasının (BQP) 1, Vəhdət Partiyasının (VP) 1, Vətəndaş Birliyi Partiyasının (VBP) 1, Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) 1 nümayəndəsi lider namizəd elan edilib.
Lider namizədlərin 21-i qadın, 104-ü isə kişidir. Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə 41 nəfər bitərəf namizəd qalib gəlib.
Qaliblər arasında 44 yeni sima var.
1 saylı Şərur-Sədərək Seçki Dairəsinin lider namizədi Vasif Talıbov 94,6 % səslə 125 dairədən seçilən namizədlər arasında ən yüksək səs faizi ilə qalib gələn yeganə şəxsdir. 79 saylı İmişli Seçki Dairəsinin lider namizədi Razi Nurullayev isə 20,9 % 125 dairədən seçilən namizədlər arasında ən aşağı səs faizi ilə qalib gələn şəxsdir.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar