Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Təkrar seçkilər nə zaman keçiriləcək? – Açıqlama

Baxılıb: 802     Tarix: 14-02-2020 13:37   

Xəbər verdiyimiz kimi, ötən gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələri ləğv edilib. Bununla əlaqədar ictimaiyyətdə sözügedən dairələrdə təkrar seçkilərin nə zaman keçirilməsi ilə bağlı məsələ gündəmə gəlib.
Məsələ ilə bağlı açıqlama verən hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, qanunvericiliyə görə, təkrar seçkilərin təyin edilməsi ilə bağlı qərarı Prezident İlham Əliyev verməlidir:
“Seçki qanunvericiliyinin tələblərinə görə, nəticəsi ləğv edilən dairələrdə təkrar seçkilər keçirilməlidir və təkrar seçkilərin təyin edilməsi ilə bağlı qərarı isə ölkə Prezidenti verir. Seçki qanunvericiliyində ləğv edilən nəticələrdən sonra təkrar seçkilərin konkret müddəti göstərilməyib. Bununla bağlı norma yoxdur. Amma ötən illərin təcrübəsini nəzərə alsaq görərik ki, bir qayda olaraq bu, Konstitusiya Məhkəməsi tərəfindən seçkilərin nəticəsi təsdiq edildikdən sonra Prezident tərəfindən təxminən 2 həftə ərzində təyin olunur. Boş qalmış yerlərə görə əlavə seçkilərin keçirilməsi ilə bağlı isə qanunvericilik 1 ay müddət müəyyənləşdirib. Yəni 1 ay müddətində seçkilər təyin olunmalıdır”.
Hüquqşünas ləğv edilən dairələrdə yenidən namizədliyini irəli sürən şəxslərin seçki prosedurlarını təkrar icra etməli olduğunu da qeyd edib:
“Nəticəsi ləğv edilən namizəd də yenidən keçiriləcək təkrar seçkilərdə iştirak edə bilər. Qanunvericiliyə görə, istər təkrar, istərsə də əlavə seçkilər zamanı namizəd deputat olmaq üçün tələb olunan şərtlərə əməl etməlidir. Bununla yanaşı təkrar seçkilərdə də bütün seçki prosedurları icra edilməlidir. Yəni imza toplanmalı, təbliğat-təşviqat kampaniyası aparmalıdır. Seçki Məcəlləsi bunu tələb edir və hər kəs üçün bərabər hüquq müəyyənləşdirilib”.шаблоны для dle 11.2