Deputatlığa namizəd Prezidentə və MSK-ya təşəkkür etdi - Raqif Muradovdan seçicilərə müraciət
Baxılıb: 670 Tarix: 14-02-2020 15:49
MSK-nın fevralın 13-də çıxardığı qərarla nəticələri ləğv olunan dairələrdən biri də 80 saylı İmişli-Beyləqan seçki dairəsidir. Seçki kampaniyası dövründə gərgin mübarizə müşahidə edilən və çoxsaylı qalmaqallar yaşanan həmin dairənin ən şanslı namizədlərindən olan Raqif Muradov MSK-nın məlum qərarıyla bağlı seçicilərə müraciət edib.
R.Muradov bir daha ölkə başçısının seçkilə bağlı mövqeyini, ortaya siyasi iradə qoyulduğunu xatırladaraq, nəticələrin ləğvinin bunun bariz nümunəsi olduğunu qeyd edib: “80 saylı İmişli-Beyləqan seçki dairəsindən seçkinin demokratik və şəffaf keçirilməsinə inanaraq fəallıq göstərən hər bir vətəndaşımıza minnətdarlığımı bildirirəm. Qeyd etmək istəyirəm ki, onların dəstəyi nəticəsində 9 fevralda seçki müddətində məntəqələrdə müşahidəçilərimiz zəng edərək bizi təbrik edir və qalib gəldiyimizi bildirirdilər. Bu çox sevindirici hal idi. Amma buna baxmayaraq, sonda DSK tərəfindən çıxarılan saxtalaşdırılmış qərar hər birimizi mənfi mənada təəcübləndirdimişdi.
Biz son ana qədər inanırdıq ki, bu seçkilər Cənab Prezidentin iradəsi və nəzarəti altında keçirilir.Əslində, belə də oldu, cənab prezidentin Kürdəmir rayonunda seçki ilə bağlı çıxışı hər birimiz üçün bir ümid yeri oldu və bunun nəticəsi olaraq 80 saylı İmişli- Beyləqan seçki dairəsində baş verən özbaşınalıqlarla bağlı şıkayətlərə verilən reaksiya gecikmədi və bu, bizi sevindirdi. İlk olaraq Cənab Prezidentə və MSK-nın sədri Məzahir Pənahova seçicilərim adından təşəkkürümü bildirirəm, bu haqq yolda onlara uğurlar arzulayıram.
Seçki prosesində İmişli-Beyləqan camaatının rəğbətini qazanmaq və onlar tərəfindən alqışlarla qarşılanmaq bizim üçün əvəzsiz duyğu idi. Xalqın ölkədə aparılan islahatları böyük ruh yüksəkliyi ilə qarşıladığının şahidi olurduq. Çoxsaylı görüşlər zamanı hər bir kəndin problemləri ilə maraqlanır və bunlar barədə qeydlər aparırdıq. Lakin bunların içində bizi xüsusilə üzən bir problem vardı ki, bu da Beyləqan rayonu Şərq qəsəbəsindəki yararsız məktəb binası idi.
Bu kənddə izdihamlı görüşdən sonra mən seçicilərimə bildirdim ki, bu seçkidə qalib gəlməsəm belə, kənd məktəbinin probleminin həlli üçün əlimdən gələni edəcəyəm. Məhz buna görə buradan müraciət edərək, cənab Prezidenti İlham Əliyevdən və birinci Vitse-Prezident Mehriban xanım Əliyevadan xahiş edirəm ki, Beyləqan rayonunun Şərq qəsəbəsindəki məktəbin təmir və bərpa işlərini öz nəzarətlərinə götürsünlər.
Əziz seçicilər, Bacı və qardaşlar. Sizə dəfələrlə bildirmişdim ki, bu seçkidə Cənab Prezidentin iradəsi ortadadır və heç bir saxtakarlığa yol verilə bilməz. Siz artıq bizim dairədə bunun şahidi oldunuz. Hər birimiz inanırıq ki, xalqın dəstəyini almayan adam mandat sahibi olmayacaq. Tezliklə görüşənədək. Heçvaxt ruhdan düşməyin.”
Ən çox oxunanlar
Son xəbərlər