Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Sahibkarlara kompensasiya ödəniləcək" - Açıqlama

Baxılıb: 711     Tarix: 18-02-2020 13:01   

Bu gün səhər saatlarında Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sədərək" Ticarət Mərkəzində (TM) baş verən yanğın nəticəsində zərər çəkən sahibkarlara kompensasiya ödəniləcək.
Bunu mərkəzin mətbuat xidmətinin rəhbəri Mikayıl Qədimov deyib.
Onun sözlərinə görə, sahibkarlara dəymiş ziyan tam ödəniləcək:
"Bu ilin yanvar ayından ticarət mərkəzindəki bütün mağazaların sığortalanmasına başlanıb. Artıq bazardakı əksər mağazalar sığortalanıb. Yəqin ki, yanğın baş verən ərazidəki mağazalar da sığortalıdır. Hazırda sığorta şirkəti hadisə yerindədir, dəymiş ziyan müəyyənləşdirilir. Sığorta ilə yanaşı, ticarət mərkəzinin rəhbərliyi tərəfindən də sahibkarlara kompensasiya ödəniləcək. Mağazaların icarə haqlarında və digər xərclərdə sahibkarlara yardım ediləcək".
Xatırladaq ki, bu gün səhər saatlarında "Sədərək" Ticarət Mərkəzinin 1-ci zona, 9-cu sırasında qəfil yanğın baş verib. Yanğın zamanı 22 mağaza içərisindəki mallarla birlikdə yanıb, 8 mağazaya isə ziyan dəyib. /"Trend"



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar