Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Aysultan Nazarbayev Britaniyadan sığınacaq istədi

Baxılıb: 613     Tarix: 13-02-2020 11:11   

azarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb.
Aysultan sığınacaq istəməsini ailəsinin ona təzyiq göstərməsi ilə izah edib.
Qazaxıstanın ilk prezidentinin nəvəsi həmçinin Rusiya və Qazaxıstan hökuməti arasında irimiqyaslı korrupsiya işi haqqında məlumatının olduğunu söyləyib.
O, bütün detalları “The Times” qəzetinə müsahibəsində açıqlayacağını da diqqətə çatdırıb.
Xatırladaq ki, 29 yaşlı Aysultan Nazarbayev 2019-cu ilin oktyabrında Londonda polisə hücum etdiyinə görə şərti cəzaya - sınaq müddətinə məhkum edilmişdi. Hökm 18 aylıq sınaq müddətini, narkotik asılılıqdan müalicəni, ictimai işlərdə çalışmağı və cəriməni nəzərdə tuturdu.
A.Nazarbayev Qazaxıstanın keçmiş prezidentinin böyük qızının - Dariqa Nazarbayevanın və kürəkəni, mərhum Rahat Əliyevin oğludur.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar