Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

“Rusiya İdlibdə suriyalı hərbçiləri dəstəkləməməlidir” - Tramp Ərdoğanla danışıb

Baxılıb: 636     Tarix: 18-02-2020 09:45   

Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Donald Tramp hesab edir ki, Rusiya İdlibdə Suriya ordusuna dəstək verməməlidir. ABŞ lideri bu fikiri Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı səsləndirib. Bu barədə Ağ Evin mətbuat xidməti xəbər verib.
Telefon danışığı zamanı liderlər İdlibdəki və Liviyadakı vəziyyəti müzakirə ediblər. Ağ Evin bəyanatında deyilir ki, Tramp «İdlibdə humanitar fəlakətin qarşısının alınmasında Türkiyənin səylərinə görə» Ərdoğana təşəkkür edib.
Həmçinin ABŞ-ın “Əsəd rejiminin vəhşiliklərinə Rusiyanın dəstəyinə son qoyulmalıdır” istəyini təsdiqləyib.
Bundan başqa, Tramp qeyd edib ki, Liviyada xarici müdaxilə vəziyyəti yalnız pisləşdirə bilər.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar