Xəbər lenti
28/10/2026 [10:58]
Bu gün 5 matç var
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Belarus ŞƏT-in tamhüquqlu üzvü oldu

Baxılıb: 939     Tarix: 04-07-2024 12:12   

Belarus Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) tamhüquqlu üzvü olub. 
Qanunvehedef.az “Kommersant”a istinadən xəbər verir ki, ŞƏT-in Astanada keçirilən sammiti Belarusun təşkilata üzv olması ilə bağlı sənədlərin imzalanması mərasimi ilə başlayıb.
Bununla da, ölkə təşkilatın onuncu tamhüquqlu üzvü olub. Analoji statusa Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan malikdir.
Qeyd edək ki, Belarus 2010-cu ildən ŞƏT-də dialoq üzrə tərəfdaş, 2015-ci ildən isə müşahidəçi statusunda iştirak edir. 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən iclasın yekununda ölkənin təşkilata üzv olması prosedurunun başladılması barədə qərar imzalanıb. Belarus bu proses çərçivəsində 40-dan çox müqaviləyə qoşulub.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar