Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

ABŞ-da son 35 ilin ən böyük aviasiya böhranı yaşandı - KİV

Baxılıb: 950     Tarix: 16-11-2026 13:34   

ABŞ-da texniki nasazlıq səbəbindən ləğv edilən aviareyslərin sayı 17 mini ötüb, bu da son 35 ilin ən genişmiqyaslı insidenti hesab olunur.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi “Flighty” və “Cirium” şirkətlərinə istinadla məlumat yayıb.

“ABŞ-da uçuşların ölkə üzrə dayandırılması tarixdə üçüncü belə hal olub. Ləğv edilən reyslərin sayı 2022-ci ilin qış bayramları dövründə “Southwest Airlines” aviaşirkətində baş verən texniki nasazlıq nəticəsində 16,9 mindən çox reysin ləğv edildiyi insidentdən də çox olub. Texniki nasazlıqdan ən çox “American Airlines” aviaşirkəti zərər çəkib. Şirkət cümə günündən etibarən 5,3 mindən çox reysi ləğv edib”, - məlumatda deyilib.

Qeyd edək ki, noyabrın 13-də ABŞ Federal Aviasiya Administrasiyası hava hərəkətinin idarə edilməsi mərkəzlərində rabitə sistemində yaranan nasazlıq səbəbindən ölkə üzrə bütün uçuşların həyata keçirilməsini dörd saatdan çox müddətə qadağan etmişdi.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar