Mikayıl Cabbarov Gürcüstana getdi - FOTO
Baxılıb: 647 Tarix: 10-02-2020 13:06
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfəri başlayıb.
Unikal.org xəbər verir ki, heyətə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov daxildir.M.Cabbarov Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları ilə birlikdə Tbilisidə Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edərək önünə gül dəstələri qoyublar.
Azərbaycanlı nazir Gürcüstanın baş naziri Giorgi Qaxaria, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava ilə görüşəcək. Görüşlərdə Azərbaycan və Gürcüstan arasında ticari-iqtisadi əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə olunacaq. Nazirin qonşu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin nümayəndələri və azərbaycanlı iş adamları ilə görüşü də planlaşdırılıbMikayıl Cabbarov Gürcüstana gedib
Ən çox oxunanlar
Son xəbərlər