Xəbər lenti
05/08/2026 [13:28]
Bakıya yağış yağacaq
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Çempionlar Liqasında 1/8 final mərhələsi başlayır - AFİŞA

Baxılıb: 727     Tarix: 18-02-2020 09:10   

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq. Turnirin son çempionu İngiltərə "Liverpul"u İspaniyada "Atletiko"nun qonağı olacaq.
Madrid təmsilçisinin heyətində Kiran Trippye və Ektor Errera zədə səbəbindən görüşü buraxacaq. Hücumçular Joao Feliks və Dieqo Kostanın iştirakı isə sual altındadır. Qonaqlarda isə Cerdan Şakiri zədəlidir, aparıcı futbolçu Sadio Manenin durumu isə bəlli deyil.
Günün digər matçında "Borussiya" (Dortmund) Almaniyada Fransa PSJ-sini qəbul edəcək. Hər iki komanda meydana itkilərlə çıxacaq. Meydan sahinlərinin əsas futbolçularından Marko Roys və Tomas Deleney zədəlidir. Yulian Brandtın durumu oyun vaxtı bəlli olacaq. Paris klubunda Abdu Diallo, Kolin Daqbanın zədə səbəbindən matçda iştirak etməyəcəyi dəqiqdir. Kimpembe və Neymarın durumu isə bilinmir.
Komandalar arasındakı cavab oyunları martın 11-də olacaq.
24:00. "Atletiko" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə)
Baş hakim: Şimon Marçinyak (Polşa)
"Vanda Metropolitano"
24:00. "Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)
Baş hakim: Mateo Laos (İspaniya)
“Siqnal İduna Park”



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar