Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Madər Musayevin təbliğat-təşviqat kampaniyası uğurla başa çatdı - FOTOLAR

Baxılıb: 651     Tarix: 07-02-2020 15:24   

10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa bitərəf namizəd Madər Musayevin vəkilləri və Seçki Qərargahının könüllüləri yanvarın 27-dən fevralın 7-dək seçicilərlə 19 məhəllədə görüş keçiriblər.
"Qanunvehedef.az"-a Seçki Qərargahından verilən məlumata görə, ilk böyük görüş, 300 nəfərin iştirakı ilə Binəqədi qəsəbəsində olub.
Qəsəbə ağsaqqalları və ziyalıları 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində Madər Musayevi dəstəkləyəcəklərini bəyan ediblər.
Təbliğat-təşviqat kampaniyası çərçivəsində
Biləcəri qəsəbəsi, A.Zeynallı 24, Natiq Həşimli 31,
33-cü binalar, İlqar Kərimov, həmçinin Binəqədi qəsəbəsi,
Ramazanov, Şirvani, M.Ələkbərov, Qarayev, C.Cabbarlı,
1-ci mədən, 43, 47 və 68-ci korpuslarda,
2-ci və 3-cü mədən ərazisində,
9-cu mikrorayonda isə 25 binada seçicilərlə məhəllə görüşləri təşkil olunub.
Görüşlərdə namizədin platforması elan olunub, təbliğat materialları paylanılıb.
Bütün görüşlərdə seçicilərin təklif və müraciətləri dinlənilib.
Qeyd edək ki, təbliğat-təşviqat dövründə M.Musayevin Seçki Qərargahında dislokasiya üzrə 1 səlahiyyətli nümayəndə, 10 vəkil, 300-dək könüllü çalışıb.Vəkillər və könüllülər 46 görüş keçirib, qərargahda qəbul edilən və onlarla iş aparılan, könüllülər tərəfindən qapıları döyülən, buklet, flayer və təqvim paylanılan seçicilərin sayı isə ümumilikdə 40 minə yaxın olub.
Xatırladaq ki, 10 saylı Binəqədi üçüncü Seçki Dairəsi üzrə deputatlığa bitərəf namizəd Madər Musayevin vəkilləri və Seçki Qərargahının könüllüləri yanvarın 17-dən 26-dək seçicilərlə 27 məhəllədə görüş keçiriblər. Ümumilikdə isə bu müddətdə 46 görüş keçirilib.


 

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar