Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

"Azərbaycan millisinin baş məşqçisi əcnəbi olacaq" - Elxan Məmmədov

Baxılıb: 704     Tarix: 13-02-2020 11:35   

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi əcnəbi olacaq.
"Report"un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov Azərbaycan radiosunda çıxışında bildirib.
Məmmədov İcraiyyə Komitəsinin (İK) son iclasında təqribən 30 mütəxəssisin adının namizədlər siyahısında olduğunu vurğulayıb: "Onlar müxtəlif ölkələrdən müxtəlif səviyyədə olan məşqçilərdir. Bəziləri gedişatda başqa komandalarla müqavilə imzalayıb və bizim siyahıdan çıxıb. Bu həftə İcraiyyə Komitəsinin üzvləri öz fikrini bildirəcək. Böyük ehtimalla yeni baş məşqçi əcnəbi olacaq. Nəzərə alaq ki, milli komanda yerli çempionatda oynamır. Ona görə də yeni baş məşqçinin beynəlxalq təcrübəsi olmalıdır. Bizdə ən çox beynəlxalq təcrübəsi olan mütəxəssis Qurban Qurbanov idi, o da bizim millidə çalışdı”.
İcraçı vitse-prezident U-23 millisinin yaradılması ilə bağlı məsələyə də münasibətini bildirib və bununla bağlı konkret qərar verildiyini deyib: “İK iclasında belə bir fikir səsləndirildi. Amma bu ideya təsdiqlənmədi. Konkret mənim fikrimi bilmək istəyirsinizsə, məncə U-23-ü yaratmağa ehtiyac yoxdur. Çünki 22 ya da 23 yaşlı futbolçu əsas millidə oynamalıdır. Hazırda bizim milli komandamızda hər rəsmi oyunda ən azı 2 nəfər bu yaşda futbolçu olur. Bu təklif bizim sistemə uyğun gəlmir. Onsuz da Premyer Liqada limit var. Ona görə də bu məsələ gündəmimizdə deyil”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar