Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Dağlıq Qarabağla bağlı mövqeyimiz dəyişməyib" - Kanadanın XİN başçısı

Baxılıb: 937     Tarix: 08-05-2020 11:03   

“Kanadanın mövqeyi hələ də münaqişənin ATƏT-in Minsk qrupu həmsədrlərinin danışıqlar yolu ilə tənzimlənməsinə nail olmaq üçün fəaliyyətinə güclü və ardıcıl dəstəyimizə əsaslanır”.
“Report” “Lragir”ə istinadən xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Fransua-Filipp Şampan ölkəsindəki Erməni Milli Konqresinə Dağlıq Qarabağ münaqişənin nizamlanmasına rəsmi Ottavanın mövqeyi ilə bağlı məktubunda bildirib.
“Bizim mövqeyimiz bu prosesin nəticəsini müəyyənləşdirmir. Kanada münaqişənin hərb yolu ilə həll edilməməsi ilə bağlı Minsk qrupu ilə razıdır. Münaqişənin tənzimlənməsi ilə bağlı istənilən qətnamədə Helsinki Yekun Aktını nəzərə alınmalıdır”, - nazir vurğulayıb.
Qeyd edək ki, aprelin 1-də Kanadanın Türkiyədəki səfirliyi Dağlıq Qarabağda separatçıların keçiridiyi qondarma seçkilərə “Twitter” səhifəsində belə münasibət bildirmişdi: “Kanada Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və martın 31-də Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır. Bu cür "seçkilər" Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün ATƏT-in Minsk qrupunun da səyləri daxil olmaqla, göstərilən bütün səyləri sarsıdır”.
Xatırladaq ki, Kanadanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana, Gürcüstana və Türkmənistana akkreditə edilib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar