Xəbər lenti
Arxiv
«    Январь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

"Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir" - Musa Quliyev

Baxılıb: 794     Tarix: 23-01-2023 12:38   

"Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir".
"Report" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
O bildirib ki, sosial müdafiə siyasətindən danışanda həmişə aktiv sosial müdafiə tədbirlərini önə çəkmək lazımdır:
"Populist çıxış edərək özünə xal qazanmaq istəyən siyasətçilər passiv sosial müdafiə faktorlarını önə çəkirlər. Yəni, dövlət versin, mən də xərcləyim".
"Biz aktiv sosial müdafiədən, yeni iş yerlərinin açılmasından, məşğulluqdan, əməkhaqqının yüksəldilməsindən danışmalıyıq. Cəmiyyətdə elə bir əhval-ruhiyyə yaranmasın ki, oturmalıdır evində, dövlət pul verməlidir, bu da xərcləməlidir. Necə ki, ünvanlı sosial yardım nə qədər insanı ələbaxımlı öyrətmişdi" - komitə sədri vurğulayıb.

Qanunvehedef.az



{sape_links}{sape_article}