Xəzər rayonunda "15 iyun - Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilib
Baxılıb: 1 328 Tarix: 15-06-2024 09:09
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Jalə Əhmədova, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, RİH başçısının müavinləri, RİH başçısı Aparatının şöbə müdirləri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak edib.
Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkda təşkil olunan tədbirdə qonaqlar öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respubikasının ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyinin tarixi başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi b öhrandan xilas etdi. Ulu Öndər müstəqilliyimizin məhv olması, ölkəmizin parçalanması, daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük məharətlə almaqla yanaşı, dövlətçiliyimizin inkişafı naminə y eni strategiya müəyyənləşdirdi. Ümummilli Lider Heydər Ə liyev tərəfindən həyata keçirilən islahatlar, beynəlxalq əhəmiyyətli sosial-iqtisadi və siyasi layihələr dövlətimizin tərəqqisinin əsasını qoydu. 15 İyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini qeyd edən E.Salahov eyni zamanda aparılan daxili, xarici və iqtisadi siyasət nəticəsində Azərbaycanın əldə etdiyi qüdrət qloballaşan dünyada dövlətimizin qarantına çevrildiyini vurğuladı. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında xalqımızın hərb və qürur tarixini yazdı. Rəşadətli Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və qətiyyəti sayəsində uzun müddət davam edən münaqişənin cəmi 44 gün ərzində hərbi yolla sürətli və ədalətli həllinin mümkünlüyünü bütün dünyaya sübut etdi. 30 ilə yaxın müddətdə düşmən əsarətində olan torpaqlarımız azad olundu. Torpaqlarımızı azad etməklə biz dünyaya qalib xalq, qalib dövlət kimi tanındıq. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası və Azərbaycan xalqı qarşısında olan misilsiz xidmətlərindən danışan Milli Məclisin deputatları Sadiq Qurbanov, Jalə Əhmədova eyni zamanda Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.
Çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bəşər tarixində nadir insanların həyat və fəaliyyəti bütün millətin, xalqın, dövlətin taleyini həll etmiş olduğunu qeyd edərək, Heydər Əliyevin də məhz belə bir şəxsiyyət kimi tarixdə həkk olunduğunu vurğuladı. Vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, onun həyat və fəaliyyəti barədə danışdı və Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Tədbirdə çıxış edən Namiq Əhmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması nəticəsində siyasi-ictimai sabitliyin bərpa olunduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını qeyd edib və bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası günü olduğunu vurğuladı.
Tədbirin sonunda xatirə şəkli çəkildi.
Əbdülqəni Hüseynov
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər