Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Əliyevlə Paşinyan arasındakı razılaşmanın SİRRİ: Ərdoğanın PLANI İŞƏ DÜŞÜR

Baxılıb: 719     Tarix: 01-10-2018 12:32   

Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində görüş zamanı təmas xəttində gərginliyin azaldılması üçün iki ölkənin hərbiçiləri arasında əlaqənin yaradılması haqqında razılığa gəldilər.
Qanunvehedef.az publika.az-a istinadla xəbər verir ki, bu razılaşma münaqişənin həlli olunması ilə bağlı aparılan uzunmüddətli danışıqlarda nadir rast gəlinən məqamdır.
Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı politoloq Stanislav Tarasov iddia edir ki, prosesə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan daxil olacaq.
"Proqnozumuz belədir ki, Əliyevlə Paşinyanın razılaşması praktiki olaraq reallaşmağa başlayanda Ərdoğan prosesə daxil olacaq. Ankara Ermənistanla münasibətləri normallaşdırmaq və Azərbaycanın ərazi bütövlüyünün bu formada həllini tapmasını istəyir. Görünür, Bakı və Ankara Qarabağla bağlı birgə strateji plan hazırlayıblar və Düşənbədəki razılaşma bu planın ilk mərhələsinin başlanması idi", - deyə o bildirib.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar