Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mövlud Çavuşoğlu: Rusiya-ABŞ-dan çox, bu ölkələrin rəqabətini görəcəyik

Baxılıb: 1 092     Tarix: 13-03-2025 14:52   

Biz qlobal tarixin kəsişən nöqtəsində yaşayırıq. Bu dəyişikliklər təkcə nəzəri deyil, həmçinin real vaxtda ərsəyə gəlməkdədir.
Qanunvehedef.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Geosiyasi dəyişmələr: məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel iclasında Türkiyə Böyük Millət Məclisinin üzvü, sabiq xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
M.Çavuşoğlu bildirib ki, İkinci Dünya müharibəsindən sonrakı düzən hələ də tam başa çatmayıb:
“Lakin biz qəbul etməliyik ki, 80 il yaşadığımız dövr artıq dəyişir. Türkiyə olaraq düşünürük ki, əvvəlkindən fərqli olaraq Rusiya-ABŞ-dan çox, Çin-ABŞ rəqabətini görəcəyik. Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır. Bu məsələlər qlobal Qərb tərəfindən başa düşülməlidir. Biz ən azından gözləntiləri başa düşməliyik. Əvvəlki sistem hələ tam dağılmayıb. Biz islahatlar apararaq hamının iştirakı ilə yeni sistem qurmalıyıq. Əməkdaşlıq çərçivəsində münasibətləri dəyişməliyik”.

Qanunvehedef.azшаблоны для dle 11.2