Xəbər lenti
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Azərbaycanlı Xalq artistinin arvadının lüks mənzili - FOTO

Baxılıb: 868     Tarix: 18-02-2020 10:08   

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı - Rusiyanın Xalq artisti Anna Netrebko Avstriyanın paytaxtı Vena şəhərindəki lüks mənzilini izləyicilərinə nümayiş etdirib.
Oxu.Az xəbər verir ki, sənətçi mənzilinin görüntülərini "Instagram" hesabında paylaşıb.Sıx qrafik ucbatından Anna tez-tez mənzilinə baş çəkə bilmədiyindən gileylənib. O, evində olmaq və özünü evdar xanım kimi hiss etmək qərarına gəldiyini deyib.
"Uzun illər davam edən səyahət və işlərdən sonra on gün evdə olmaq xoşbəxtlikdir" – deyə, A.Netrebko bildirib.
48 yaşlı müğənninin mənzilinin fərqləndirici xüsusiyyəti - parlaq mebel, divarlarda asılan bir-birindən rəngarəng rəsmlər və Netrebkonun portretidir. Rəflərdə isə gözəl suvenirlər və müxtəlif ölkələrdən gətirilən bıçaq kolleksiyası var.
A.Netrebko tez-tez dünyanın müxtəlif yerlərindən suvenirlər gətirir, sonra bu əşyalar evin interyerinin bir hissəsinə çevrilir. Diqqət çəkən isə evin bir küncündə asılan böyük Venesiya maskasıdır.









Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar