Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Paşinyana sərt sözlər: Dilənçi ölkənin ləyaqətsiz baş nazirinin dedikləri ikrah doğurur

Baxılıb: 564     Tarix: 17-09-2018 20:22   
"Paşinyan həmişə siyasi şou yaratmaqla məşğul olub. Əvvəl o, bunu media səviyyəsində edirdi, indi Ermənistanın hakimiyyəti səviyyəsində".
Bu barədə Publika.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin hərbi xidmətə başlaması ilə bağlı sərsəm açıqlamalarını şərh edərkən deyib.
E.Mirzəbəyli deyib ki, Paşinyan öz oğlunu Qarabağa göndərərək, şou düzəltməyə çalışdı: "Bu, hər kəsə bəllidir. Əslində o, bununla Qarabağdakı separatçılara göstərmək istəyir ki, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməyəcək. Oğlunu da faktiki olaraq girov olaraq Qarabağa göndərib. Hərçənd, onun oğlunun necə xidmət etdiyi də məlumdur. Paşinyan unutmamalıdır ki, Azərbaycan öz ərazilərini işğaldan azad edəcək, Paşinyanın oğlu da, digər şoumenlər də canlarını qurtarmaq üçün qaçacaqlar. Paşinyanın bu davranışları onun nə qədər qeyri-ciddi tip olduğunu, sarı mətbuat kimi sensasiya yaratmaq xarakterinə malik olduğunu göstərir".
Politoloq qeyd edib ki, Azərbaycan Prezidentinin oğlu hər bir vətəndaşının övladı kimi hərbi xidmət vəzifəsini yerinə yetirir.
"Dövlət başçısı da hər bir valideyn kimi övladının andiçmə mərasimində iştirak edir. Prezident bu məsələdə Azərbaycan vətəndaşlarından biri olduğunu nümayiş etdirdi. Paşinyanın yanaşması isə onun təfəkkürünün, primitiv dünyagörüşünün məhsuludur. Bu gün Azərbaycan və Ermənistan müqayisə olunmayacaq qədər bir-birindən fərqlənir. Çünki nə pritimiv Paşinyan, nə də onun forpost ölkəsi müstəqil Azərbaycanla eyni səviyyəyə qoyula bilər. Azərbaycanın müstəqil ordusu, güclü Silahlı Qüvvələri var. Azərbaycan dövləti öz əsgərinin dayağıdır. Ermənistandan fərqli olaraq Azərbaycanın sərhədlərini öz əsgərimiz qoruyur. Digər dövlətlərin himayəsinə sığınan, dünyada pul dilənən bir ölkənin ləyaqətsiz baş nazirinin dedikləri yalnız ikrah doğurur. Ermənilərin özü də Paşinyandan utanmalıdır", - deyə E. Mirzəbəyli vurğulayıb.шаблоны для dle 11.2



Ən çox oxunanlar