Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Paşinyan Qarabağ mövqeyini niyə dəyişdi? – Duqin açıqladı

Baxılıb: 596     Tarix: 03-10-2018 12:21   

Putin hər zaman aktiv şəkildə Qarabağ probleminin sülh yoluyla həllinə çalışıb.
Qanunvehedef.az xəbər verir ki, bunu “Moskva-Bakı” portalına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, məhz Putinin sayəsində Serj Sərkisyan dönəmində Qarabağın həlli məsələsində irəlləyiş əldə edilib:
“Paşinyanın hakimiyyətə gəlişi Bakı, İrəvan və Moskva arasında Dağlıq Qarabağla bağlı əldə edilən razılaşmanı zərbə altına qoydu. İndi Azərbaycana Qarabağ ətrafındakı beş rayonun qaytarılmasını nəzərdə tutan həmin razılaşmanı yenidən bərpa etmək cəhdləri müşahidə edilir. Paşinyan baş nazirliyinin ilk dönəmlərində bu razılaşmalar barədə heç nə eşitmək istəmirdi, amma situasiya onu reallıqla barışmağa məcbur edir. Bakı-Moskva əlaqəsi gücləndikcə İrəvan anlayır ki, Moskvanın inamını əhəmiyyətli dərəcədə itirir. Paşinyan əldən buraxdığı imkanları yenidən bərpa etməyə çalışır və buna görə də İlham Əliyevlə hansısa yolla münasibətləri yoluna qoymağa çalışır. İrəvan anlayır ki, bir müddət əvvəl Ermənistan Rusiyanın müttəfiqi idi, amma indi bu funksiya Bakıya keçir”.
O, Paşinyanın artıq reallıqla barışdığını bildirib:
“Düşənbə sammitindəki Əliyev-Paşinyan görüşü sübut edir ki, bütün radikal və populist çıxışlarına rəğmən, Ermənistan baş naziri Azərbaycan rəhbəri ilə əlaqə qurmağın vacibliyini anlayır. Güman edirəm ki, Azərbaycan və Ermənistan liderlərinin danışığı Moskva və Bakının apardığı böyük fəaliyyətin nəticəsidir.
Görünür, Paşinyan həm də taktikasını dəyişir. O, başa düşür ki, Dağlıq Qarabağı danışıqlara cəlb etməklə bağlı tutduğu mövqe qeyri-realdır. Bu mövqeni isə nə Rusiya, nə də Qərb müdafiə edir. Ona görə də indiki halda söhbət Paşinyanın mövqeyinin korreksiyasından gedir. Bu, çox yaxşıdır. Bununla Ermənistanın yeni rəhbəri özünün problemə rasional yanaşmasını nümayiş etdirir. O, qüvvələr bölgüsü və faktlarla hesablaşmağı bacarır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar