Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Paşinyan qanunları zorlayır, çara, tirana çevrilir - Şarmazanov

Baxılıb: 597     Tarix: 09-10-2018 11:57   

Respublikaçılar Partiyası növbədənkənar seçkiyə qarşı deyil. Bizim problemimiz zaman yox, metoddur.
Qanunvehedef.az xəbər verir ki, bunu “Nyus.am”a müsahibəsində Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov deyib.
“Paşinyanın özü bir müddət əvvəl seçkinin gələn ilin may-iyun aylarında baş tutmasını istəyirdi. Əgər Çiçəklənən Ermənistan Partiyası ilə Paşinyan arasındakı memorandumu nəzərə alsaq, Respublikaçılar Partiyasının artıq parlamentdə üstünlüyü yoxdur. Namizəd lazımi səs sayı olanda irəli sürülür. Bizdə bu səs sayı artıq 48-dir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Paşinyan artıq çara çevrilir:
“Sizə bəyəm aydın deyil? Hər şeyin sonu çatıb. Ermənistanda Konstitusiyanı və hakimiyyətin bölünməsi prinsipini zorlayıblar. Ermənistanda ilk dəfə olaraq icraedici hakimiyyət qanunverici hakimiyyətin ərazisinə soxulub. Bunu, istəyirsinizsə, “xalqın arzusu” adlandırın. Ürəyiniz istədiyiniz kimi adlandıra bilərsiniz. Eyni bu metodla zamanında Bonapart, Hitler, bolşeviklər davranaraq, xalqın arxasında gizləniblər. Artıq növbədənkənar seçkidə kimin nə qədər səs toplayacağı vacib deyil. Bu sondur. Plüralizm Ermənistanda öldü. Sadəcə bizim baş nazirimiz yerinə çar, diktator və ya tiranımız olacaq. Bunu istəyirdiniz? İndi həzz ala bilərsiniz. Mən bunu deyirəm, amma anlayıram ki, Ermənistan əhalisinin əksəriyyəti mənim sözlərimə əks-reaksiya verəcək. Mən bunu özüm üçün deyirəm ki, vicdanım təmiz olsun. Belə çıxır ki, 100 min nəfər toplayan hər kəs istədiyi şeyi edə bilər? Siyasətdə hər zaman bumeranq effekti qalır. Mən bunu öz səhvlərimizi nəzərə alaraq deyirəm”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar