Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Qardaşım Pezeşkianın təşəkkürünü xalqımız yüksək qiymətləndirir”

Baxılıb: 8615     Tarix: 04-04-2026 10:35   

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana minnətdarlığını bildirib.

Qanunvehedef.az xəbər verir ki, bu barədə dövlət başçısının “X” hesabında paylaşım edilib.

“İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”, - paylaşımda qeyd edilib.

Qeyd edək ki, Pezeşkian 2 gün öncə İlham Əliyevə zəng edərək Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə dövlət başçısına minnətdarlığını bildirib. Bundan başqa, o, sosial şəbəkə hesabında da zəng haqda paylaşım edərək bir daha təşəkkürünü ifadə edib.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar