Xəbər lenti
01/10/2026 [15:08]
Zaqatalada zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib - FOTO

Baxılıb: 8323     Tarix: 19-05-2026 15:42   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Slovakiya Respublikasının baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Tarabanı qəbul edib.

Qanunvehedef.az Azərtac-a istinadən xəbər verir ki, dövlətimizin başçısı özünün ötən il Slovakiyaya, Baş nazir Robert Fitsonun isə ölkəmizə səfərlərini xatırladaraq, son dövrlərdə Slovakiyadan yüksəksəviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəldiklərini qeyd edib və vurğulayıb ki, bu, ölkələrimiz arasında fəal əməkdaşlığın həyata keçirildiyini göstərir. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında mövcud dostluğu və tərəfdaşlığı yüksək qiymətləndirərək, əməkdaşlığın səviyyəsindən məmnun olduğunu deyib.

Qonaqpərvərliyə görə minnətdarlığını bildirən Tomaş Taraba qeyd edib ki, Slovakiya hər zaman Azərbaycanın yanındadır. O, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.

Slovakiya baş nazirinin müavini deyib ki, ölkəsinə qaz lazım olduqda Azərbaycan etibarlı təchizatçı olub.

Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsinin önəminə də toxunub.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev hazırda Azərbaycanın 12 Avropa ölkəsini, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətini qazla təchiz etdiyini deyib, gələcəkdə bu rəqəmin artmasının mümkünlüyünü vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edilib, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib - FOTOİlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib - FOTOİlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib - FOTOİlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib - FOTOİlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib - FOTOİlham Əliyev Slovakiya baş nazirinin müavinini qəbul edib - FOTO



Qanunvehedef.az





{sape_links}{sape_article}