Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Silah-sursatın gömrük rəsmiləşdirilməsi ilə bağlı yenilik

Baxılıb: 8615     Tarix: 04-08-2026 14:15   

Gömrük nəzarəti və gömrük auditinin aparılması qaydaları müəyyənləşəcək, silah-sursatın gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.

Qanunvehedef.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Gömrük Məcəlləsinə dəyişikliyin tətbiqi barədə Fərmanında əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 7 ay müddətində gömrük nəzarəti formalarının həyata keçirilməsi və gömrük auditinin aparılması qaydaları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Nazirlər Kabineti bu müddət ərzində döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını və pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə mühit zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarını da hazırlayaraq Azərbaycan Prezidentinə təqdim etməlidir.


Qanunvehedef.az





{sape_links}{sape_article}