Xəbər lenti
01/10/2026 [15:08]
Zaqatalada zəlzələ oldu
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Baxılıb: 8417     Tarix: 12-08-2026 15:13   

Azərbaycan mina təmizləmə texnologiyaları və texnikaları axtarışındadır və ABŞ-ın kömək göstərə biləcəyinə ümid edir.

Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Axios”a müsahibəsində deyib.

“Onilliklər boyu davam edən münaqişələr nəticəsində ölkənin ərazisi minalar və partlamamış hərbi sursatlarla ciddi şəkildə çirklənib. Adambaşına düşən göstəriciyə görə Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biridir. Əsas məsələlərdən biri, əslində, düzgün xəritələndirmənin aparılmasıdır.

Azərbaycan sülh sazişindən və tərəfdaşlıq razılaşmasından sonra ABŞ-la süni intellektdən enerjiyə qədər müxtəlif sahələrdə daha sıx əlaqələr qurmağa çalışır. Azərbaycan Prezidenti İlham Əliyev Prezident Donald Trampın Sülh Şurasının təsisçi üzvlərindən biri seçilib.

Hazırkı ABŞ administrasiyasının yaxşı tərəfi odur ki, nə barədə razılığa gəlsəniz, dərhal üzərində işləməyə başlayırsınız”, - səfir bildirib.


Qanunvehedef.az





{sape_links}{sape_article}