Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

OPEC koronavirusla bağlı iclas çağırdı

Baxılıb: 634     Tarix: 02-02-2020 18:27   

OPEC+ölkələri koronavirusla bağlı vəziyyət və bunun neft bazarına təsirini araşdırmaq üçün qurumun Texniki Monitorinq Komitəsinin iclasının planlaşdırılandan öncə keçirilməsinə qərar verib.
 
Qanunvehedef.az-ın  “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, martın əvvəlində OPEC+ ölkələrinin nazirlərinin toplantısından əvvəl planlaşdırılan komitənin iclasının gələn həftə 4-5 fevral tarixlərində keçirilməsi nəzərdə tutulub.
 
Eyni zamanda nazirlər səviyyəsində 5-6 mart tarixlərində keçirilməsi planlaşdırılan görüşün tarixinin də önə çəkilməsi ilə bağlı müzakirələr aparılır.
 
Qeyd edək ki, 2019-cu ilin 6 dekabr tarixində Vyanada keçirilən OPEC üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da OPEC+ üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 mln. barelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi OPEC+ ölkələri arasında proporsional qaydada aparılıb.
 
Xatırladaq ki, dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min bareldən əlavə 7 min barel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barel həcmində saxlamalıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar