Xəbər lenti
Arxiv
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

Deputatlığa namizədlərin NƏZƏRİNƏ - Bu pullar MSK-ya qaytarılmalıdır

Baxılıb: 695     Tarix: 07-02-2020 11:11   

Deputatlığa namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaiti Mərkəzi Seçki Komissiyasına (MSK) qaytarılmalıdır.
Bu barədə Seçki Məcəlləsinin 163-cü maddəsində bildirilib.Seçki fondlarının xüsusi hesabında qalmış pul vəsaitini müvafiq bank səsvermə günündən 60 gün keçdikdən sonra MSK-nın hesabına köçürməlidir.
Bank bu əməliyyatı müvafiq seçki komissiyasının yazılı göstərişinə uyğun olaraq həyata keçirir.
Qeyd edək ki, qanunvericiliyə əsasən, namizədin seçki fondunun vəisaitinin yuxarı həddi 500 min manatdan çox ola bilməz.
Hələlik hakim Yeni Azərbaycan Partiyasının (YAP) vahid seçki fondu üzrə maliyyə hesabatı MSK-ya təqdim olunub.
YAP-ın seçki fonduna 250 manatdan çox ianə köçürənlərin sayı 200 nəfərdir.
Ümumilikdə, fiziki şəxslərin könüllü ianəsi 453 min 300 manat təşkil edir.
Fevralın 8-də Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar deputatlığa namizədlərin təşviqatı başa çatacaq.
Fevralın 9-da isə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar