Xəbər lenti
23/04/2024 [10:46]
Goranboyda zəlzələ oldu
Arxiv
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

MERKEL KARANTİNƏ ALINDI... - İtaliya və İspaniyada qorxunc rəqəmlər, rus həkimlərdən şok iddialar...

Baxılıb: 585     Tarix: 23-03-2020 18:55   

dünyasını dəyişir, bu virusa yoluxur. Virusun dünyada törətdiyi son acı nəticələr isə bunlardır:
Çinin Uhan şəhərində ortaya çıxaraq bütün dünyaya yayılan koronvirusa bu günə qədər 336 min insan yoluxub. Virusdan dünyasını dəyişənlərin sayı isə son məlumata görə 14.641 nəfər çatıb. Bununla belə virusdan sağalan insanların sayı da 98 min 333 nəfər çatıb.
İtaliya. Məlum olduğu kimi İtaliya koronavirusdan ölənlərin sayına görə Çindən sonra ikinci yerdədir. Son məlumata görə ötən gün virusdan dünyasını dəyişənlərin sayı 651 nəfər artaraq, 5 min 476 nəfərə çatıb. Məlumata görə ölkədə 18 tibb işçisi də bu virusdan dünyasını dəyişib.

İspaniyada da koronavirusdan ölənlərin sayı hər keçən gün sürətlə artmaqdadır. Virusa yoluxanların sayına görə İspaniya İtaliya və Çindən sonra 3-cü sıradadır. Belə ki, İspaniyada bu günə qədər 28 min 572 insanda yoluxma halı aşkarlanıb. Virusdan dünyasını dəyişlənlərin sayı isə 1753 nəfərdir. Önləyici tədbirlərə baxmayaraq, ölkədə virusa yoluxanların və ölənlərin sayı sürətlə artır. Ölkədə ən ağır vəziyyət paytaxt Madriddə yaşanır. Paytaxtda 1021 nəfər dünyasını dəyişib. Paytaxt Madriddən sonra Kataloniyada vəziyyət ağırdır. Bu şəhərdə isə virusa yoluxanların sayı 4 min 704 nəfər, dünyasının dəyişənlərin sayı isə 191 nəfərdir.
Almaniya. Məlum olduğu kimi ötən gün Almaniyanın baş naziri Angela Merkel özünü karantinə alıb. Belə ki, ona peyvənd edən həkimin koronavirus testi pozitiv çıxıb. Toplantı keçirən Merkel bir qədər sonra bu nəticə barəsində xəbər tutuan kimi özünü karantinə alıb. Açıqlamaya görə Merkel karantin günlərində evdən çalışacaq və koronavirus testindən keçəcək. Qeyd edək ki, Merkel keçirdiyi toplantıda koronavirusun ölkədə sürətlə yayılmasının qarşısını almaq üçün iki həftə ərzində sosiallaşmanın daha da azaldılmasını, ailə və birlikdə yaşayan insanlardan başqa 2 nəfərin bir araya gəlməsinin qadağan olunduğunu bəyan etmişdi.
Son məlumata görə almaniyada koronavirusdan dünyasını dəyişənlərin sayı 92 nəfər, yoluxanların sayı isə 23 min 920 nəfərdir.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar