Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Trampın Rusiyaya qarşı mövqeyi Baydendən fərqlənir - Lavrov

Baxılıb: 923     Tarix: 10-11-2026 13:45   

Rusiya ABŞ-la bağlı heç bir illüziyaya qapılmır. Buna baxmayaraq, Donald Trampın prezidentliyi dövründə Vaşinqtonun dialoqa hazır olması, Co Baydenin əvvəlki administrasiyasının təkəbbürlü mövqeyindən fərqlənir.

Qanunvehedef.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Bayden administrasiyası kollektiv təhlükəsizlik təminatlarını müzakirə etməkdən belə təkəbbürlə imtina edib və həmin dövrdə heç bir dialoq olmayıb.

Tramp administrasiyası ilə bağlı heç bir illüziyaya qapılmırıq. Bunu dərhal qeyd etmək istəyirəm. İllüziyalara qapılmasaq da, beynəlxalq siyasətin gələcək inkişafı ilə bağlı dərin ziddiyyətləri başa düşsək də, əlbəttə, danışmaq həmişə daha yaxşıdır.

Soyuq müharibə dövründə də belə idi, hərbçilərimiz amerikalı həmkarları ilə danışırdılar. Hazırda ABŞ-la münasibətlərimizdə də eyni vəziyyət yaşanır”, - o bildirib.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar