Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) səfərdən geri qayıdan sürücülərə müraciət edib.
Qanunvehef.az xəbər verir ki, bu barədə BDYP-dən məlumat yayıb.
Yol polisi bayram günlərinin başa çatması ilə əlaqədar bölgələrdən paytaxta və digər istiqamətlərə qayıdan sürücüləri yollarda daha diqqətli olmağa çağırıb:
"Xüsusilə geri dönüş zamanı nəqliyyat axınının intensivləşməsi nəzərə alınmalı, tələskənliyə yol verilməməli, təhlükəli ötmə manevrlərindən çəkinilməlidir. Uzun məsafəli səfərlərdən qayıdarkən sürücülərin diqqət etməli olduğu əsas məqamlardan biri də yorğunluqdur. Unutmayaq ki, sükan arxasında yorğunluq diqqətin yayınmasına, reaksiya müddətinin uzanmasına və ağır yol-nəqliyyat hadisələrinə səbəb ola bilər".
BDYP sürücülərə səfər zamanı mütəmadi fasilələr verməyi, yuxusuz və yorğun halda avtomobil idarə etməməyi tövsiyə edib.
Qanunvehef.az





















