Ukrayna Xəzərdə rus gəmilərini partlatmaq istəyirmiş

Ukrayna xüsusi xidmət orqanları Adıgey və Krasnodardakı hərbi aerodromlara yaşayış məntəqələrindən optik liflə idarə olunan FPV-dronlarla, Xəzər dənizindəki hərbi və mülki gəmilərə isə partlayıcı maddələrlə təchiz edilmiş pilotsuz su skuterləri vasitəsilə hücumlar planlaşdırıb.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Ukrayna xüsusi xidmət orqanları su skuterlərini 60 kiloqram trotil ekvivalentində partlayıcı maddə ilə təchiz edilmiş pilotsuz döyüş katerlərinə çevirməyi və onlardan Xəzər dənizində Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərə və mülki gəmilərə hücum etmək üçün istifadə etməyi planlaşdırıb. Bununla yanaşı, optik liflə idarə olunan FPV-dronların hərbi aerodromları, kritik infrastruktur və həyat təminatı obyektlərini hədəf almaq üçün Adıgey və Krasnodarda yaşayış məntəqələrində yerləşdirilməsi nəzərdə tutulub”, - məlumatda deyilib.
Qanunvehedef.az




















