Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Yeni filmi ilə zirvəyə qayıtdı

Baxılıb: 1015     Tarix: 17-11-2026 09:24   

Hollivud ulduzu Conni Depp uzun fasilədən sonra böyük ekrana zəfərlə qayıdıb. Çarlz Dikkensin klassik “Ebenezer: A Christmas Story” əsərinin yeni adaptasiyası olan “Ebenezer” filmi nümayişinin ilk həftəsonunda kassada birinci yeri tutub. Şimali Amerikada 3335 kinoteatrda yayımlanan ekran işi açılış həftəsonunda 19 milyon dollar gəlir əldə edib.

Qanunvehedef.az xəbər verir ki, film beynəlxalq bazarlardan əlavə 23 milyon dollar qazanaraq, ümumi qlobal açılış həftəsonunda 42 milyon dollarlıq nəticəyə imza atıb.

Bu layihə Conni Deppin 2018-ci ildə çəkildiyi “Fantastik Canavarlar: Qrindelvaldın Cinayətləri” filmindən sonra səkkiz il ərzində baş rolda yer aldığı ilk irimiqyaslı Hollivud filmidir.

Xatırladaq ki, Deppin Hollivud karyerasına 2020-ci ildə keçmiş həyat yoldaşı Ember Herd tərəfindən irəli sürülən iddialar və ardınca gələn geniş şəkildə ictimailəşdirilmiş böhtan məhkəmələri ciddi zərbə vurmuşdu. Həmin dövrdə aktyora gələn təkliflər əhəmiyyətli dərəcədə azalsa da, son araşdırmalar onun tamaşaçı sevgisini itirmədiyini göstərib.

Milli Tədqiqat Qrupunun 2026-cı ilin aprelində apardığı sorğu nəticələri Conni Deppin dünyanın ən populyar aktyorları siyahısında hələ də ön sıralarda olduğunu təsdiqləyib. Respondentlər onu gələcək filmlərdə görmək istədikləri ən sevimli 10 aktyor sırasına daxil ediblər. Depp bu siyahıda Tom Henksi geridə qoymağı bacarıb.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar