Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Heydər Əliyevin istefaya göndərilmə səbəbləri... - Həsənov

Baxılıb: 665     Tarix: 21-10-2019 13:49   
1987 –ci ilin bu günü SSRİ-də yaşayan ermənilər və digər anti-Azərbaycan qüvvələr xüsusi sevinc hissinə qərq olmuşdular. Çünki həmin gün görkəmli siyasi və dövlət xadimi, SSRİ-nin ən qüdrətli liderlərindən biri kimi tanınan Heydər Əliyev Mixail Qorbaçovun yürütdüyü yanlış xəttə, onun anti-Azərbaycan və anti-müsəlman siyasətinə etiraz əlaməti olaraq tutduğu bütün vəzifələrdən istefa vermişdi. Məlum olduğu kimi, Heydər Əliyev 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdi. O, həmin yüksək vəzifədə çalışdığı dövrdə 60-dan çox ümumittifaq nazirliklərinin, komitə və digər mərkəzi idarələrin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmiş və bu sahələrin işinə əsl dinamizm gətirmişdir.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib.
"Heydər Əliyevin istefaya göndərilməsinin əsas səbəblərindən biri də SSRİ-nin siyasi rəhbərliyini o zaman ələ almış erməni lobbisinin təsiri və təzyiqi idi. Elə onun SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start vermiş, qısa müddət sonra isə, 18 noyabr 1987-ci ildə Qorbaçovun müşavirlərindən olan akademik Abel Aqanbekyan Fransanın "Humanite" qəzetinə müsahibəsində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsini qaldırmışdı.
Azərbaycanın ərazi bütövlüyünün pozulması, ermənilərin respublikamızın ərazisinin bir hissəsini işğal etməsi planı xeyli əvvəllərdən hazırlanmışdı. Həm də bu plan təkcə Qorbaçovun yanında və Kremldə mərkəzi rəhbərlikdə oturan ermənilər və ermənipərəst qruplar tərəfindən deyil, bütün dünyadakı anti-Azərbaycan və anti-türk dairələr tərəfindən müdafiə edilirdi, onu həyata keçirmək üçün ciddi hazırlıq işləri görülürdü. Heydər Əliyevin Kremldə, SSRİ-nin əsas rəhbərlərindən biri olması qarşıda dayanan ən əsas maneə idi. Odur ki, Qorbaçov ermənilərin təhriki ilə, ilk növbədə Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına çalışırdı və iki il müddətində bu istiqamətdə açıq-aşkar formada xüsusi canfəşanlıq göstərirdi. Təsadufi deyil ki, Qorbaçov Heydər Əliyeyə istefaya getməsini təklif edəndə, Ulu Öndər bu təklifə görə heç təəcüblənmədiyini bildirmiş, böyük mətanət hissi və soyuqqanlılıqla illərdir rəhbər şəxslərdən biri olduğu SSRİ rəhbərliyindən ayrılmışdı. SSRİ kimi böyük bir ölkədə vicdanla işləyən, işində heç vaxt ciddi qüsuru olmayan, bütün dünyada böyük siyasətçi və bacarıqlı təşkilatçı kimi tanınan, əhali arasında böyük siyasi nüfuza malik olan belə bir görkəmli siyasi və dövlət xadiminin istefaya göndərilməsi haqda məlumatlar ildırım sürətilə bütün dünyaya yayılmış və böyük təəssüf doğurmuşdu.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar