“Minsk qrupunun səylərini dəstəkləyəcəyik” - ATƏT sədri
Baxılıb: 566 Tarix: 09-01-2020 14:39
Albaniyanın ATƏT-ə sədrliyi dövründə Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyəcəyik.
APA-nın xəbərinə görə, bu barədə ATƏT-in fəaliyyətdə olan yeni sədri, Albaniyanın Baş Naziri və Xarici İşlər naziri Edi Rama ATƏT-in Daimi Şurasında çıxışı zamanı bildirib.
“Münaqişələrin həlli istiqamətində səylərin göstərilməsi ATƏT-ə sədrliyimiz müddətində gündəliyimizdə duran əsas məsələlərdən olacaq. Xüsusilə də, Minsk qrupu həmsədrlərinin səylərini və Dnestryanı münaqişənin həlli prosesini dəstəkləyəcəyik”, - deyə E. Rama qeyd edib.
O vurğulayıb ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi ilk səfərini növbəti həftələrdə Ukraynaya edəcək.
Xatırladaq ki, ATƏT-ə sədrlik bu ilin yanvarında Slovakiyadan Albaniyaya keçib.
Ən çox oxunanlar
Son xəbərlər