Xəbər lenti
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Mixail Qusman "Şərəf” ordeni ilə təltif edilib

Baxılıb: 833     Tarix: 23-01-2020 11:20   

Prezident İlham Əliyev TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmanın "Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, M. Qusman Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qarşılıqlı əlaqələrin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə bu təltifə layiq görülüb.
Prezident İlham Əliyev həmçinin M. Qusmanı 70 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Hörmətli Mixail Solomonoviç.
70 illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.
Geniş dünyagörüşünüz, işgüzar və şəxsi keyfiyyətləriniz Sizə haqlı olaraq nüfuz və hörmət qazandırıb. Dəyişməz müəllifi və aparıcısı olduğunuz “Hakimiyyət formulu” layihəsi Sizin xüsusi yaradıcı yanaşmanız, zəngin təcrübəniz və yüksək peşəkarlığınız sayəsində bütün dünyada tamaşaçı auditoriyasında çox populyardır.
Azərbaycanda Sizi sevir və xüsusi dəyərləndirirlər. Siz uzun müddətdir ki, Azərbaycan-Rusiya mədəni əlaqələrinin genişlənməsinə böyük töhfə verir, bununla da Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin inkişafına və möhkəmlənməsinə kömək edirsiniz.
Hörmətli Mixail Solomonoviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir, ən xoş arzularımı bildirirəm”.шаблоны для dle 11.2