Şəkililər əmindirlər ki, deputatlığa layiqli namizəd Vüqar İsgəndərov bir millət vəkili kimi dövlətinə, xalqına daha böyük xidmətlər göstərəcəkdir
Baxılıb: 1 882 Tarix: 27-01-2020 14:30
Elmir Həsənov: “Vuqar İsgəndərov parlament seçkilərinə qatılan ən nüfuzlu namizədlərdən biridir. O, buna həm döyüşçü kimi yerli və beynəlxalq turnirlərdə Azərbaycanın idman şərəfini qoruduğu zaman, həm də Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi kimi fəaliyyət göstərdiyi müddətdə nail olub. Vuqar müəllimin rəhbəri olduğu idarə görülən işlərin həcmi, icra edilən layihələrin müxtəlifliyi, əldə olunan nailiyyətlərin çoxluğu, qazanılan uğurların keyfiyyəti baxımından daima fərqlənib. Bütün bunlara nail olmaq isə əzmlə çalışmaq, gərgin iş və yüksək əmək tələb edir. Düşünürəm ki, Şəki şəhər Gənclər və İdman idarəsinin rəisi olaraq qeyd olunan keyfiyyət göstəricilərini əldə edən Vuqar müəllim, millət vəkili kimi dövlətimiz və millətimiz üçün daha mütərəqqi və ali xidmətlər göstərmək potensialındadır. Bu isə əzizi Şəkililərin 9 fevral tarixində baş tutacaq parlament seçkilərində Vuqar İsgəndərova etimad göstərərək səs vermələrilə mümkündür. Vuqar müəllim, əminik ki, həmyerliləriniz yekdilliklə sizin xidmətlərinizi yüksək qiymətləndirərək, seçkilərdə öz səsləri ilə sizə dəstək olacaqlar! Uğurlar!”Məhəmməd Qəhrəmanov: “Ölkə başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, yeni formalaşacaq parlament namizədlərdən hüquqi, siyasi,iqtisadi,sosial və digər biliklər, bacarıqlar tələb edir. Həm gənclərin, həm idmançıların, həm tələbələrin dostu, Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu, iqtisadçı-hüquqşünas, layiqli namizəd Vüqar İskəndərov sadaladığımız xüsusiyyətləri özündə ehtiva edir. Yeni nəfəs,parlaq fikirlər,tükənməz ideyalar...
Anar Məmmədov: “Yadımdadır ilk dəfə Şəkiyə qonaq gedəndə Şuşanı xatırlamışdım... Sonradan şəkili dostlarla danışanda Vətənin ətrini ünsiyyətlərində və dəyərlərində yaşatdıqlarını da hiss etdim. Tanış olduğum yoldaşlar arasında Vüqar İsgəndərov da var idi – Şəki şəhər Gənclər və İdman İdarəsinin rəhbəri. Vüqar bəylə həmsöhbət olduqca məndə onun şəxsiyyətinə qarşı əvvəllər özümə izah edə bilmədiyim bir maraq oyandı. Bir müddət sonra niyə Vüqar müəllimin mənə bu qədər doğma gəldiyini anladım. O, özündə tamamilə bir - birinə zidd olan müsbət keyfiyyətləri aşılaya bilib. İdman ustasıdır, fiziki intellektini ali həddə çatdırıb, eyni zamanda fərqli məntiqi təfəkkürə malikdir. Emosional intellekti olduqca yüksək, milli dəyərlərimizi və xüsusiyyətlərimizi ən müasir formada təqdim edən insan... O, özündə sadəliyi və rəsmiliyi eyni anda yaşada bilən zəngin baxışlara malikdir. Vüqar bəy dəfələrlə sübut edib ki, Azərbaycanı xaricdə layiqincə təmsil etmək istəyən şəxs Şəki şəhərində də bunu edə bilər. Bunun üçün Xarici Azərbaycana gətirmək yetər! Vüqar bəyin milli ruhda formalaşmasının, kökünə sadiq qalmasının digər bir cəhəti isə hər danışdığımızda Milli Qəhrəmanlarımız haqqında söz açmasıdır.
Dəyərli Şəkililər!
Əgər Sizləri narahat edən problemlərin ən yuxarı instansiyalarda olduqca delikat və dinləniləcək bir tərzdə təqdim edilməsini istəyirsinizsə, məncə Vüqar müəllimə etibar etməyə dəyər. Ona səs verməyə hüquqi olaraq ixtiyarım yoxdur, lakin platformasındakı vədlərə zamin durmağa mənəvi ixtiyara sahibəm. Nəticənin necə olacağından asılı olmayaraq, Vüqarla fəxr edirəm. Xalqın sözünü təmsil etməyə layiq yoldaşdır. Parlamentdə Vüqar bəyi görmək həm faydalı, həm də maraqlı olardı”.
Cavid Əliyev: “Mən əminəm ki, əziz qardaşımız Vüqar İsgəndərov bir millət vəkili kimi dövlətinə, xalqına daha da canla, başla xidmət edəcəkdir”.
Namiq Hacıyev: “Bir gənc müəllim olaraq Vüqar müəllimin gənclərə, onların inkişafına necə diqqət göstərdiyinin şahidi olmuşam. Gənclərə, gənclərin inkişafına diqqət xalqımızın uğurlu gələcəyinə zəmanətdir. Məhz bu faktor Vüqar müəllimin çox gözəl millət vəkili olacağını aydın şəkildə göstərir. Uğurlar Vüqar müəllim!”
Təranə Rəhimli: “Vüqar müəllimi həm də ona görə deputat görmək istəyirəm ki, doğulduğu yeri qoyub başqa ölkələrə getmədi. Bütün qüvvəsini, biliyini, bacarığını, savadını Vətən naminə, Dövlətçiliyimiz naminə gənclərə həsr elədi. Rahat həyat tərzi seçmədi. Vüqar müəllim layiqli namizəddir. Vətən oğlumuza çoxlu uğurlar arzulayıram. Allaha əmanət olasınız”.
Röyal Xan Mürsəlov: “Bu gün Şəki və Şəki gəncliyi üçün əvəzsiz namizədimiz Vüqar İsgendərovun vətəndaşlarla 2 - ci dəfə görüşü idi. Ancaq çıxışların birində deyildiyi kimi: "BU GÖRÜŞLƏRƏ HEÇ EHTİYAC YOXDUR", çünki hər zaman xalq içində olan, xalqdan olan namizəd üçün bu görüşlər o qədərdə vacib deyil. Vüqar müəllim, Şəki və Şəki gəncliyi Sizin arxanızdadır”.
Vüqar Şahidoğlu: “Kim nə deyir desin, zəhmət çəkənlər mütləq zəhmətlərinin mükafatını alırlar. Vüqar bəy də belə zəhmətkeş insanlardandır. Onun keçdiyi əzablı-əziyyətli yüksəliş yollarının canlı şahidi olduğum ücün ona uğurlar arzulayıram”.
İlqar: “Vüqar müəllim illərdir ki, Şəki və Şəki gəncliyinin daima yanındadır. İctimaiyyətin çoxu bilmir ki, Vüqar müəllim hansı böyük savab əməllərin sahibidir. Sadəliyi və təvazökarlığı burada da öz sözünü deyir - Namizədimiz heç vaxt görmüş olduğu işləri vurğulamağı sevmir. Sadəcə olaraq dinləyir, operativ və vicdanlı şəkildə problemi araşdıraraq onu həll edir. Bütün bu yazdıqlarım isə dəyərli Vüqar müəllimin xeyirsevər fəaliyyətinin sadəcə olaraq kiçik bir hissədir. Namizədimizi digərlərindən fərqləndirən əsas cəhətlərindən biri də elə budur - Sadəlik, səmimilik və ən əsası əsil Şəki aşiqi! Vüqar müəllim konkret hədəflərini müəyyənləşdirərək bu böyük yola çıxıb, bizə düşəni isə hər bir Şəkilinin daha parlaq yaşayışı üçün və şəhərimizin daha sürətli inkişafı naminə 9 Fevralda səsimizi bütün Azərbaycana eşitdirərək, Vüqar müəllimin qələbəsini təmin etməkdir!9 Fevral tarixində isə hörmətli Vüqar müəllimin həyatında bizlər yeni bir səhifə açmalıyıq - Şəkimizin daha sürətli inkişafı naminə, Şəki gəncliyinin nəhayət ki öz Milli Məclisindən səsinin gəlməsi üçün! Uğur hər zaman Sizinlə olsun, gözəl insan!”
Qalib Əsədov: “Mən onu 1999-cu ildən tanıyıram. Respublika Gənclərinin II Forumuna birlikdə getmişdik. O vaxtacan sadəcə adını eşitmişdim, şəxsən tanımırdım... Karateçidir... Dünya çempionudur və s. Döyüş növləri ilə məşğul olan bəzi idmançılar kimi onu qaraqabaq, aqressiv, özündən razı biri kimi təsəvvür edirdim. Lakin, gülərüz, sadə, səmimi, mehriban, maraqlı bir insanla qarşılaşdım. Yol boyu Sürixdəki qəribə musiqidən, səsi nə qədər məsafəyə yayılan uzun tütəklərdən, bahalı saatlardan, gördüyü, gəzdiyi yerlərdəki maraqlı sərgüzəştlərindən danışdı və Forumdan qayıdanda biz artıq dost idik. Adam inanmaq istəmirdi ki, bu mehriban, hətta bir azsadəlövh kimi görünən bu adam, kimisə necə əzişdirib dünya çempionu olub. Çünki kimsəni incitmək onun xislətində yoxdur axı... İllər keçdi... Karyerada irəlilədi. Şəkinin Gənclər və İdman idarəsinə başçılıq etdi, kreslo sahibi oldu... Xarakteri isə dəyişmədi.Həmişəki kimi sadə, gülərüz, güzəştə getməyi bacaran Vüqar olaraq qaldı.Kimsəyə pislik etmədi. Ona daş atanlara sükutla cavab verdi. Vəzifə, səlahiyyət böyük adamları daha da böyüdür, kiçik adamları isə kiçildir.Vüqar vəzifədə daha da BÖYÜDÜ, lakin təmiz adını qoruyub saxladı, isminın ləkələnməsinə izn vermədi.Mən onun gözlərində indi də uşaqlara xas olan saflıq, məsumluq görürəm.
İndi isə deputatlığa namizəddir.Əminəm ki, seçiləcək.Çünki Şəkidə hamının hörmətini qazanıb, heç kəsin xətrinə dəyməyib və şəkililər ona səs verəcəklər. Əminəm ki, bu vaxtacan seçilmiş millət vəkillərindən fərqli olaraq, dəyişməyəcək, həmişəki kimi şəhərimizi sevəcək və bizim sevimli Vüqarımız olaraq qalacaq!!! UĞURLAR ƏZİZ DOST!!!”
Fərid Səmədov: “2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində Vüqar İsgəndərov kimi gənc,düşüncəli,təəssübkeş,humanis,savadlı bir həmyerlilərinə rahatlıqla səslərini verə biləcəklər.Vüqar müəllimin bu vaxtadək Şəki və ölkəmiz qarşısında göstərdiyi xidmətlər, onu deməyə əsas verir ki,Şəki yeni formalaşacaq parlamentdə layiqincə təmsil olunma şansı qazanıb. Bu şansı reallığa çevirmək isə, Şəkililərin öz əllərindədir.
Düşünürəm ki,bu seçkilərdə həmyerlilərinin dəstəyilə səmimiyyətindən və dürüstlüyündən heç vaxt şübhə etmədiyim Vüqar müəllimin millət vəkili seçilməsi, günü-gündən gözəlləşən Şəkiyə əsl vəkil hədiyəsi olar!
Şəkililər, bu şansı əldən verməyin!”
Elmir Həsənov: “113 saylı Şəki şəhər seçki dairəsində qeydiyyatda olan seçicilər üçün YAP tərəfindən 9 fevral tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində Vuqar İsgəndərovun namizədliyinin irəli sürülməsi əla fürsət oldu. Çünki Şəkinin içtimai-sosial həyatında, bütövlükdə ölkəmizin idman və gənclər sektorunda müstəsna xidmətləri olan çalışqan, intellektual, təcrübəli, yenilikçi, dəyərlərə bağlı, millətini sevən və alicənab bir namizədə səs vermək imkanları var. Düşünürəm ki, beynəlaxalq dərəcəli hakim, əməkdar idman ustası, respublika və Avropa çempionu,təlimçi kimi zəngin karyeraya malik Vuqar müəllimin yeni formalaşacaq Milli Məclisə millət vəkili seçilməsi, Şəkin bütün sferalarda inkişafına və ümumilikdə milli qanunvericilik bazasının daha da zənginləşməsinə müsbət təsir göstərəcək!
Güman edirəm ki, dəyərli Şəki sakinləri bu sınaqda Vuqar müəllimə layiqli namizəd kimi lazımi dəstəyi göstərərək, onun millət vəkili seçilməsinə vəsilə olacaqlar!”
Alcansoy Elşən: “2020-ci il 9 fevral tarixinə təyin edilmiş növbədənkənar parlament seçkilərinə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin siyahısı, partiya mənsubu və əməkdaşı kimi məni də yaxından maraqlandırırdı. Partiyanın gənc düşüncəli, inkişaf üçün yeni üsullar təklif edə biləcək, millətinə və dövlətinə sadiq, islahatlara adekvat namizədlər irəli sürəcəyinə inanırdım.
Siyahı açıqlandıqda bu inamı möhkəmlədən bir çox tanış və doğma adlarla qarşılaşdım ki, onlardan biri də 2016-cı ildən tanıdığım, əsl təşkilatçı, gənclərin dostu, vətənpərvər, hətta belə demək mümkünsə, şəkipərvər Vüqar İsgenderovdur.
Şəkililər və Şəki parlamentə təmsil olunmaq baxımından uğurun bir addımlığındadır, qalır 9 fevral günü Vüqar İsgendərovu dəstəkləmək”.
Vüqar Qurdqanlı: “Şəkidən YAP-ın namizədlərinən biri - Vüqar İsgəndərovu yaxşı tanıdığımı düşünürəm. Bacarıqlı və dürüst adamdır. 5 il həm karate məşqçim olub, həm də yoldaş olmuşuq. Şəkililər arasında da yaxşı hörməti var, - ona qalib gəlmək üçün rəqibləri çox işləməlidir.(V. İsgəndərovla 1998-ci ildən sonra görüşməmişəm, heç bir əlaqəm də olmayıb, indi də yoxdur.Ətim, yağım, çayım da ondan gəlmir, sadəcə adını görüb sevindim)”.
Yuxarıda altını cızdığımız bu cümlələr sosial şəbəkə istifadəçilərinin Yeni Azərbaycan Partiyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər arasında ən iddialı və ictimai dəstək qazanan şəxslərdən biri də 113 saylı Şəki şəhər seçki dairəsindən deputatlığa namizəd Vüqar İskəndərovun barəsində söylədiyi fikirlərdən, ünvanına söylədikləri alqış nidalarından götürülüb.
Vüqar İskəndərovun namizədliyi Şəki şəhər ictimaiyyəti və sosial şəbəkələrdə böyük maraq və rəğbətlə qarşılanıb. Hazırda Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi, YAP Şəki şəhər Təşkilatının sədr müavini olan V.İskəndərov həm uğurlu idmançı kimliyi, həm bir sıra mühüm yerli və beynəlxalq tədbirlərdə göstərdiyi yüksək peşəkarlığı, həm də aktiv və uzunmüddətli siyasi fəaliyyəti ilə nüfuz qazanıb.
Vüqar İskəndərov Şəki ictimaiyyəti və sosial şəbəkə iştirakçıları tərəfindən vətəninə və dövlətinə bağlı ziyalı, operativ, müasir düşüncəli, çalışqan, intellektual kadr, ölkəmizin idman və gənclər sektorunda müstəsna xidmətləri olan kimi xarakterizə olunub.
Gəlin, onun zəngin və şərəfli bioqrafiyasına birlikdə göz ataq:
İskəndərov Vüqar Yapon oğlu 30 dekabr 1972- ci ildə Şəki şəhərində anadan olmuşdur.
1979-cu ildə Şəki şəhər 17№-li tam orta məktəbin birinci sinfinə daxil olmuş,1989-cu ildə həmin məktəbin X sinfini müvəffəqiyyətlə bitirmişdir.
1991-1992-ci illərdə Sovet ordusunda hərbi xidmət keçmişdir.
1993-1999 –ci illərdə Azərbaycan Karate Do federasiyaları assosiyasının şimal-qərb bölgəsinin sədri olmuşdur.
Ali huquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə təhsil almışdır.
1999-cu ildən 2000-ci ilə kimi Şəki rayon Kooperativlər İttifaqında aparıcı hüquqşünas, 2001-ci ildən 2005-ci ilə kimi isə Şəki MRX-nın hüquq məsləhətçisi vəzifəsində işləmişdir.
Dəfələrlə Karate Do üzrə Azərbaycan çempionu, dünya üçüncüsü, 2003-cü ilin Avropa çempionudur. Karate Do üzrə V-Dan qara kəmər, Taekvondo üzrə II-Dan qara kəmər sahibidir. Beynəlxalq dərəcəli hakimdir, Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına layiq görülmüşdür.
2001-ci ildə rayonlar arasında ilk dəfə olaraq şərq döyüşü növləri üzrə xüsusi məktəb yaratmışdır.Məktəbin 20-dən çox yetirməsi beynəlxalq dərəcəli qara kəmər ustalıq normasını ödəmiş, 30-dan çox tələbə isə beynəlxalq və respublika səviyyəli yarışların qalibləri və mükafatçıları olmuşdurlar.
2005-ci ildən Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının Şəki Təşkilatı İdarə heyəti sədrinin müavinidir, Şəki şəhər İcra Hakimiyyəti başçısı yanında şuranın üzvüdür, 2010-2015 ci illərdə Şəki Pedaqoji Kollecinin Dövlət İmtahan Komissiyasının sədri olmuşdur.
41 ölkədə, o cümlədən, ABŞ-da, Yaponiyada, Rusiyada, İspaniyada və digər ölkələrdə həm idman, həm də ictimai fəaliyyəti ilə bağlı ölkəmizi təmsil etmişdir. ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərinin fəxri vətəndaşıdır.
“Liderlik”, “Vaxtın idarə olunması” və “ Karyera planlaşdırılması” proqramları üzrə təlimçidir.
Fəaliyyətinə görə dəfələrlə Gənclər və İdman Nazirliyinin, Şəki şəhər İcra Hakimiyyəti başçısının, Beynəlxalq və yerli təşkilatların fəxri fərmanları və diplomları ilə təltif olunmuşdur. Müxtəlif illərdə xarici və yerli mətbuatda dövlət gənclər siyasəti və digər mövzular barəsində məqalələri çap edilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 31 yanvar 2019-cu il sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubiley medalı ilə təltif edilmişdir.
İngilis, rus və türk dillərində danışır.
Evlidir, 2 övladı var.
Cəmiyyət həyatında baş verən prosesləri yaxından izləyən tərəqqipərvər jurnalist kollektivi olaraq bizlər də nailiyyətlərinə sevindiyimiz Vüqar İsgəndərova seçkilərdə uğurlar arzulayırıq.
Materialı hazırladı: Pünhan Şükür
Ən çox oxunanlar
Son xəbərlər