Prezident icra başçısına bu addımına görə töhmət verib - YENİLƏNİB
Baxılıb: 1 035 Tarix: 21-04-2020 19:43
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısına töhmət elan elan edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.
"Azxeber.com"un məlumatına görə, icra hakimiyyəti 3 gün öncə rəsmi saytında Nahid Bağırovun kəndlərdə görüş keçirdiyini bildirib.
Yazıdan sitat:
İcra başçısı İsmayıllı şəhərinin Mican adlı ərazisində 170 hektarlıqsahədə kartof əkinini müşahidə edib. Rayon rəhbəri iş icraçılarını və sahibkarı dinləyib.
Aqronom Tural Cəbiyev məlumat verib ki, sahənin 30 hektarlıq hissəsində Avropadan gətirilmiş elit, digər hissəsində isə yerli sort toxum əkilib.
Yay aylarında 45-50 sentiner məhsul əldə etmək nəzərdə tutulur.
Hazırda təsərrüfatda 45 nəfər çalışır, kartof mövsümünün sonuna qədər işçilərin sayının 130-a çatdırılması nəzərdə tutulur.
Xüsusi karantin rejimində 45 nəfərin təsərrüfatda çalışması rejimin pozulmasının sübutudur.
Ən çox oxunanlar
Son xəbərlər