Akar buna görə Azərbaycana təşəkkür etdi
Baxılıb: 621 Tarix: 10-12-2020 10:54
Ermənistanın mülki infrastrukturu hədəf alan 27 sentyabr hücumları səbrləri daşıran son damla oldu. Azərbaycan Ermənistan tərəfindən gerçəkləşdirilən hücumları dayandırmaq və torpaqlarını işğaldan azad etmək üçün "artıq yetər" deyərək hərəkətə keçdi. "Vahid Vətən Hərəkatı Planı"nı tətbiq etməyə başladı.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Türkiyə Müdafiə naziri Hulusi Akar deyib.
Nazir bildirib ki, 44 gün davam edən döyüşlər, ehtimal ki, 44 il və ondan sonra da danışılacaq zəfərlə başa çatıb: "Bu hərəkatla Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi və 10 noyabrda atəşkəs razılaşması qüvvəyə mindi. Cənab prezidentimiz də cənab Putinlə atəşkəsin şərtləri və daimiliyi mövzusunda görüşlər keçirərək razılaşmaya lazımi töhfəni verib".
H.Akar bölgədəki atəşkəsə nəzarət və monitorinq üçün yaradılan Türk-Rus Birgə Mərkəzi ilə bağlı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu ilə birgə 11 noyabrda razılaşma imzaladıqlarını xatırladıb: "Birgə Mərkəzin bina inşası və fəaliyyətlərinin başlaması üçün Türkiyə-Azərbaycan-Rusiya arasında işlər davam edir".
Nazir Azərbaycanın Zəfər Bayramının Mustafa Kamal Atatürkün anım günü ilə üst-üstə düşməsindən dolayı tarixini dəyişdirərək 10 noyabrdan 8 noyabra təyin etməsinə diqqət çəkib: "Bu həssaslıqlarına görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, bütün azərbaycanlı qardaşlarımıza təşəkkürlərimizi çatdırırıq. Beləliklə, Azərbaycan "iki dövlət, bir millət" anlayışı ilə sevincdə və kədərdə bərabər olduğumuzu bir daha göstərib. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcək".
Ən çox oxunanlar
Son xəbərlər