Xəbər lenti
14/07/2025 [09:58]
“Bitkoin” bahalaşdı
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Qars müqaviləsi regionda hazırkı münasibətlər üçün əsasdır” - Türkiyə səfiri

Baxılıb: 378     Tarix: 13-10-2021 13:25   

“Yüz il bundan öncə imzalanmış Qars müqaviləsi regionda hazırkı münasibətlər üçün əsasdır”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Birinci kanalın efirində yayımlanan “Müstəqil baxış” proqramına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu sənəd bölgə ölkələri və xalqları arasında yaxşı, müasir və sivil münasibətlərin qurulmasının mümkünlüyünü sübut edir: “Qars müqaviləsinin imzalanması həm də onu göstərir ki, saysız müharibələrdən sonra diplomatlar, Qafqaz dövlətlərinin nümayəndələri müzakirələr üçün bir araya gələ bilər. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazilərinin Ermənistanın işğalından azad etməsi ilə kommunikasiyaların açılması, ikitərəfli münasibətlərlə bağlı yeni imkanlar barədə danışılır. Bu imkanlarla bağlı müzakirələrin aparılması mümkündür. Əvvəllər də belə müzakirlər aparmışıq. Ulu babalarımız bunu uğurla həyata keçirib”.
Diplomat qeyd edib ki, Qars müqaviləsinə 70 il ərzində istinad edilib: “Türkiyə və Gürcüstan arasında münasibətlərin 30-cu ildönümündə ölkələrimiz arasında münasibətlər suverenlik və ərazi bütövlüyünə hörmətə əsaslanır”.

Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar