Xəbər lenti
30/01/2026 [12:32]
Sabah hava necə olacaq?
29/01/2026 [15:17]
Sabah hava necə olacaq?
Arxiv
«    Февраль 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
232425262728 

Sahibə Qafarova Milli Məclis adından Türkiyəni təbrik edib

Baxılıb: 507     Tarix: 29-10-2021 10:35   

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa Cümhuriyyət Bayramı münasibəti ilə təbrik məktubu ünvanlayıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, o, Mustafa Şentopu və onun simasında Türkiyə Böyük Millət Məclisinin üzvlərini, həmçinin qardaş Türk xalqını milli bayram - Türk Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə öz adından və Milli Məclisinin bütün üzvləri adından təbrik edib, daimi rifah, tərəqqi, sülh və əmin-amanlıq arzulayıb.
Milli Məclisin sədri tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davamlı olaraq möhkəmlənəcəyinə və regionda təhlükəsizliyin, sülhün, sabitliyin təminatçısı olacağına əminliyini ifadə edib.

Qanunvehedef.az



{sape_links}{sape_article}